Unibank müştəriləri pulu necə və harada yığır?

(®) Bir ildən çoxdur ki müştərilərin istifadəsinə verilən “Unibank”ın “Topla” rəqəmsal məhsulu minlərlə bank müştərisini hədəfinə çatdırıb.
UBank mobil əlavəsində “Topla” rəqəmsal məhsulunda pul toplamaq üçün onlayn depozit hesabı açanlar maraqlı hədəflər seçiblər. İndiyədək “Topla” yaradan Unibank müştəriləri özlərinə 100 minə yaxın hədəf müəyyən edib. Bu müddətdə hədəfinə çatanlar yığdıqları vəsaitlə istəklərini reallaşdırıblar.
Unibank müştərisi A.Məmmədov deyir ki, bank sektorunda ilk olan “Topla” rəqəmsal məhsulunu eksperiment kimi sınaqdan keçirmək üçün onlayn hesab açaraq vəsaitni ora qoyub: “Rəqəmsal depozitin şərtləri əvvəldən məlum olduğuna görə, bilirdim ki müddətin sonunda nə qədər gəlir götürəcəm. Üstün tərəfləri odur ki, istədiyin vaxt hesab açıb vəsaitini qoya və istədiyin vaxt hesabı bağlayıb pulunu çıxara bilirsən. Mən pulu ev almaq üçün yığırdım. Ona görə də mənim üçün münasib qiymətə ev tapan zaman dərhal pulumu hesabdan çıxarmaq imkanının olması vacib idi. “Topla” həm rahatdır, həm də təhlükəsizdir. Artıq ikinci hədəfim üzrə vəsait yığımına başlamışam”.
S. Əliyeva da “Topla”da ilk hesab açan müştərilərdəndir: ““Topla” məhsulu haqqında eşidən kimi onlayn depozit hesabı açdım. Həm yüksək bonus verir, həm də təhlükəsizdir. Bankda gedib depozit hesabı açmaqdan çox rahatdır. İstədiyin vaxt üzərinə pul əlavə edə, istədiyin vaxt onlayn daxılı sındırıb, vəsaiti götürə bilərsən. Mənim hədəfim maşın almaq idi, “Topla” bu arzumu həyata keçirməyə kömək etdi”.
İ.Mədətovun fikrincə də, “Topla” maraqlı məhsuldur: “Mən yeni məhsul və xidmətləri sınamağı xoşlayıram. Bu məhsulu da sınamaq istədim. Filiala getmədən çox rahat hesab açmaq imkanı, cəlbedici faizi, istədiyin vaxt vəsait çıxarmağın mümkünlüyü, ən əsası da sığortalı olması diqqətimi çəkdi. Hədəfimin adını “Səyahət” qoymuşdum. Elə “Topla”da yığdığım vəsaitə də Yeni ili ailəmlə Avropada qarşılamaq üçün səyahət bileti aldım”.
E.Abbaszadə isə özünə telefon almaq üçün “Topla”nı seçib: “Doğrusu, neçə vaxtdır özümə iPhone almaq istəyirdim. Amma pul yığa bilmirdim. “Topla” mənim həm də yığım bacarığımı formalaşdırdı. Məhsul haqqında eşidən kimi UBank-da onlayn depozit hesabı açdım. İmkan olduqca, hesabıma pul əlavə edirdim. Nəhayət bir ilin sonunda hədəfim olan pulu yığdım. Çox rahat məhsuldur. Üstəlik yuvarlaqlaşdırma funksiyasını da aktiv etmişəm, kart ödənişlərimdə müəyyən vəsait avtomatik bu hesaba köçür. Bu da hədəfə daha tez çatmağa imkan yaradır”.
“Unibank”ın UBank mobil tətbiqində təqdim etdiyi, onlayn “Topla” məhsulu sizə hədəflərinizə çatmaq üçün pul yığmağa imkan yaradır. İstədiyiniz yerdə, istədiyiniz vaxtda onlayn daxılınıza minimal məbləğlə pul yığmağa başlaya və seçdiyiniz müddət ərzində hədəf məbləğinizi toplayaraq, əlavə faizlər qazana bilərsiniz. Onlayn depozit hesabınızdakı vəsait Əmanətlərin Sığortalanması Fondunun şərtlərinə uyğun sığortalanır.
Məhsul haqda unibank.az saytından (https://unibank.az/az/deposits/view/2034/topla) daha ətraflı məlumat almaq olar.
Müştərilərin xəbərləri

"Prime Cotton" beynəlxalq uğurlarını artırır - İpliklərinin tam təhlükəsiz olduğu nüfuzlu sertifikat ilə təsdiqləndi
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 gün sonra
- 3 saat əvvəl
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Maliyyə sabitliyinin sirləri: Niyə insanlar pula qənaət edə bilmir?
-
5 saat əvvəl
Bankalar Bitcoin üçün il sonu qiymət proqnozlarını artırıblar
-
5 saat əvvəl
Azərbaycan Kredit Bürosunun Baş Direktoru Assosiasiya sədri seçilib
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Azər-Türk Bank” səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Azercell Amazon ilə tərəfdaşlıq qurur

AFB Bank 13% gəlirlilik təklif edən istiqrazlar təqdim edir

Maliyyə sabitliyinin sirləri: Niyə insanlar pula qənaət edə bilmir?

Azərbaycan Kredit Bürosunun Baş Direktoru Assosiasiya sədri seçilib

"Prime Cotton" beynəlxalq uğurlarını artırır - İpliklərinin tam təhlükəsiz olduğu nüfuzlu sertifikat ilə təsdiqləndi
Ən çox oxunanlar

Bu gün "Ucuz Tesla” modeli təqdim olunacaq

Toyota yüz minlərlə avtomobili geri çağırır: Kamerasında texniki nasazlıq aşkarlanıb

BOKT “Caspian İnvest” 11-ci filialını Qazaxda açdı

Əliyev Putinə zəng edib

Bankın Nəzarət şöbəsinə mütəxəssislər tələb olunur
