Azərbaycana neft və qazdan daxil olan pul azalır
Azərbaycana neft və qazdan daxil olan valyuta 5 milyard dollardan çox azalaraq 33,6 milyard dollardan 28,5 milyard dollara düşüb.2023-cü ilin yanvar-noyabr dövründə (11 ayda) Azərbaycandan 28 milyard 479 milyon 306 min dollar dəyərində neft-qaz sektoruna daxil olan mallar ixrac edilib
Marja.az xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilir.
O cümlədən, cari ilin 11 ayında 15 milyard 99 milyon 942 dollarlıq xam neft, 12 milyard 775 milyon 689 min dollarlıq təbii qaz ixrac olunub.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin yanvar-noyabr dövründə (11 ayda) Azərbaycandan 33 milyard 647 milyon 116 min dollarlıq neft-qaz sektoruna daxil olan mallar, o cümlədən 18 milyard 318 milyon 642 min dollarlıq xam neft, 14 milyard 807 milyon 620 min dollarlıq təbii qaz ixrac edilmişdi.
Beləliklə, neft-qaz sektoruna daxil olan mallar üzrə Azərbaycana daxil olan valyuta 2023-cü ilin yanvar-noyabr dövründə ötən ilin eyni dövrü ilə müqayisədə 5 milyard 167 milyon 810 min dollar azalıb. Xam neft üzrə gəlir 3 milyard 218 milyon 700 min dollar, təbii qaz üzrə gəlir 2 milyard 31 milyon 931 min dollar azalıb. Əsas səbəb ötən illə müqayisədə neft və qaz qiymətlərinin daha aşağı olmasıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 17 d. əvvəl
-
-
18 d. əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
29 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
1 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
- 13 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Rəsmi məzənnələr açıqlandı
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
Ən çox oxunanlar
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol
"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti cüzi azalıb




.jpg)










.jpg)







