Dövlət Xidməti “Azgidasert” və “Certus” şirkətlərini cəzalandırdı
Sertifikatlaşdırma ilə məşğul olan qurumların fəaliyyətində nöqsanlar aşkar edilibAkkreditasiya və uyğunluğun qiymətləndirilməsi sahəsində nəzarət tədbirləri istehlak mallarının keyfiyyəti və təhlükəsizliyi barədə istehlakçılara yalnış məlumatların təqdim edilməsi risklərinin aradan qaldırılması, uyğunluğu qiymətləndirən qurumların müvafiq sahədə qanunvericiliyin tələblərinə riayət etməklə, gələcəkdə mümkün nöqsanlara yol verməsinin qarşısının alınmasına və son nəticədə istehlakçı hüquqlarının qorunmasına xidmət edir.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti malın, işin və ya xidmətin sertifikatlaşdırılması sahəsində fəaliyyət göstərən qurumların fəaliyyətinə nəzarəti davam etdirir.
Xidmətin yaydığı məlumatda bildirilir ki, bu çərçivədə Dövlət Xidməti tərəfindən aparılan araşdırmalar zamanı “Azgidasert” MMC-nin xarici ölkədə akkreditasiya olunaraq ölkə ərazisində müxtəlif qida mallarının sertifikatlaşdırılması fəaliyyətini həyata keçirdiyi, lakin qanunvericiliyin tələblərini pozaraq Azərbaycan Respublikasında akkreditasiya olunmadan fəaliyyət göstərdiyi müəyyən edilib.
Aşkar edilmiş nöqsanla əlaqədar olaraq qurum barəsində inzibati xəta barədə protokol tərtib edilib və sifarişçiyə verilmiş uyğunluq sertifikatının ləğv edilməsinə dair müvafiq göstərişlər verilib. Lakin Dövlət Xidmətinin göstərişləri yerinə yetirilmədiyindən qurum barəsində inzibati xəta haqqında protokol tərtib edilib və aidiyyəti üzrə məhkəməyə göndərilib.
Məhkəmənin qərarına əsasən, Dövlət Xidmətinin protokolları qanuni hesab edilib və qurum barəsində cərimə şəklində inzibati tənbeh tədbiri görülüb. Məhkəmənin qərarı ilə “Azgidasert” MMC tərəfindən qanunsuz tərtib edilmiş uyğunluq sertifikatının ləğvi təmin edilib.
Bundan əlavə, “Certus” MMC-nin təqdim etdiyi uyğunluq sertifikatlarının düzgün tərtib edilmədiyi və uyğunsuzluqların olması ilə bağlı şübhəli hallar Dövlət Xidməti tərəfindən müəyyən edilib. Belə ki, sertifikatlaşdırılmış məhsulun standartının tələblərində yoxlanılmalı olan bir neçə göstəricinin (parametrin) nəzərdə tutulmasına baxmayaraq, yalnız bir göstərici üzrə laboratoriya sınağının aparıldığı və sertifikatın verildiyi aşkar olunub.
Nöqsan aşkar edilmiş uyğunluq sertifikatlarının ləğv edilməsi barədə müvafiq göstərişin verilməsinə baxmayaraq, təyin olunmuş müddət ərzində “Certus” MMC tərəfindən Dövlət Xidmətinin yazılı tələbləri yerinə yetirilməyib. Nəticə etibarilə, “Certus” MMC-yə verilmiş akkreditasiya attestatının qüvvəsi müvəqqəti olaraq dayandırılıb.
Dövlət Xidməti uyğunluğu qiymətləndirən qurumları öz fəaliyyətlərində “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanununun, akkreditasiya üzrə milli və beynəlxalq standartların, texniki reqlamentlərin tələblərinə əməl etməyə çağırır.
Qeyd edək ki, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, qida və qeyri-qida mallarının standartlaşdırma üzrə normativ sənədlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsi akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən həyata keçirilir və bu barədə uyğunluq sertifikatı verilir. Bundan əlavə, Azərbaycan Respublikasında təsis edilmiş uyğunluğu qiymətləndirən qurum beynəlxalq səviyyədə tanındığı halda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə digər hal nəzərdə tutulmayıbsa, akkreditasiya haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasında akkreditasiya olunmalıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
14 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
21 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
21 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
22 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 23 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI






















