"OPEC+"ın qərarı neft qiymətlərinin daha da aşağı düşməsinin qarşısını ala biləcək"
"Noyabrın 30-da keçirilən iclasda OPEC+ tərəfindən razılaşdırılan neft hasilatının əlavə könüllü azaldılması neft bazarına stabilləşdirici təsir göstərə və qiymətlərin daha da aşağı düşməsinin qarşısını ala biləcək".
Marja.az xəbər verir ki, bu fikri TASS-a müsahibə verən ekspertlər söyləyiblər.
Noyabrın 30-da bir neçə OPEC+ ölkəsi 2024-cü ilin birinci rübü üçün ümumi həcmi gündəlik 2,2 milyon barel təşkil edəcək əlavə könüllü ixtisar barədə qərar qəbul edib. Bununla yanaşı, Səudiyyə Ərəbistanı yaydan bəri qüvvədə olan könüllü hasilat məhdudiyyətini 1 milyon barel,Rusiya isə gündəlik 200 min barel artıraraq 500 min barelə qədər genişləndirir. Bir sıra alyans ölkələri (İraq, Küveyt, BƏƏ, Qazaxıstan, Əlcəzair və Oman) hasilatı gündəlik daha 700 min barel azaldacaq. Beləliklə, bazar üçün yeni məhdudiyyətin həcmi cəmi 900 min barel olacaq.
Neft qiymətləri OPEC+ qərarından sonra düşüb. Brent markalı neftin fevral fyuçersləri 1,98 dollar və ya 2,45% azalaraq 78,88 dollar/barelə bərabər olub. ABŞ-ın West Texas Intermediate (WTI) markalı xam neftinin fyuçersləri 1,89 dollar və ya 2,49% geriləyərək 74,07 dollar/barelə düşüb.
Ekspertlər hesab edir ki, OPEC+ ölkələri üçün neft hasilatının təsdiq edilmiş azaldılması artıq neft bazarı tərəfindən qiymətlərə öncədən əks olunub. Hasilatın daha ciddi həcmdə azaldılması neft qiymətlərində əhəmiyyətli artıma səbəb ola bilər.
“Bu qərarın böyük ölçüdə gözlənilməsinə baxmayaraq, bazara mühüm sabitləşdirici təsir göstərəcək. Çünki qışda ənənəvi olaraq neftə tələbat azalır və inkişaf etmiş ölkələrdə aşağı iqtisadi aktivlik şəraitində bu qərar qiymətlərin kəskin azalmasının - bir barel üçün 70 dollardan aşağ düşməsinin qarşısını alacaq” - ekspert qeyd edir.
"BCS World of Investments"in eksperti Vasili Karpunin də deyir ki, OPEC+ qərarı neftin qiymətini daha çox düşməsinin qarşısını ala bilər. Ekspert vurğulayır ki, OPEC+-ın qışda neftə mövsümi aşağı tələbat dövründən rahat çıxmaq üçün qərarı haqlıdır
Analitik Alexander Potavin hesab edir ki, neft bazarının OPEC+ qərarlarına reaksiyası OPEC-in səhvən 2023-cü ilin sonunda əhəmiyyətli neft qıtlığını proqnozlaşdırması ilə bağlı ola bilər.
Potavin qeyd edir ki, dünyada neft istehlakı artıq artmır və Braziliya, Qayana, Meksika və İranda hasilatın sürətli artımı OPEC+ tərəfindən neft tədarükünün azaldılmasını kompensasiya edir: "Bundan əlavə, alyans daxilində son zamanlar yaranan fikir ayrılıqları hasilatın azaldılmasının effektivliyinə şübhə yaradıb. Bundan əlavə, Səudiyyə Ərəbistanı, Rusiya, Küveyt, Qazaxıstan və Əlcəzair də daxil olmaqla, ən böyük OPEC+ istehsalçıları, bazar şərtləri imkan verərsə 2024-cü ilin ilk rübü könüllü olaraq hasilatın azaldılmasının dayandırıla biləcəyini qeyd edirlər",- deyir.
Bununla yanaşı, ekspert Brent kotirovkalarının indiki 80 dollar/barel səviyyəsindən orta hesabla 84-87 dollar/barelə qədər tədricən artacağını gözləyir. "Yeni ildən başlayaraq xammal tədarüklərində əlavə azalma gözləntiləri enerji resurslarının qlobal qiymətini artıracaq", - Potavin proqnozlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)










.jpg)







