“Ulduz” ixrac üzrə öz rekordunu yeniləyib
Azərbaycanın qənnadı istehsalçılarından “Ulduz” Şokolad Fabriki ötən il 5 min ton qənnadı məhsulunu xarici bazara satıb.
Marja.az fabrikə istinadən xəbər verir ki, bu, müəssisənin indiyədək ixrac etdiyi ən böyük həcm olub və Azərbaycanda konfet sahəsində xaricə böyük satışdır.
İstehsal həcmini və çeşidlərini ilbəil artıran fabrik idxalı əvəzləməklə ölkə iqtisadiyyatının inkişafını dəstəkləyir və əhalini daha əlçatan qiymətlərə olan məhsullarla təmin edir. Tamamilə yeni texnoloji avadanlıqlardan ibarət “Ulduz” Şokolad Fabriki öz brendlərini yaratmaqla, idxal məhsullarla keyfiyyətdə də yüksək rəqabətə girib. İstehsal həcmi, rəqabətqabiliyyətli brendləşmiş məhsullar müəssisəyə ixrac potensialını artırmaq imkanı verir.
“Yerli və xarici bazarlardakı fəaliyyətimizin əsas məqsədi iqtisadiyyatımızın dayanıqlığına töhfə vermək və “Made in Azerbaijan” brendini tanıtmaqdır. 2022-ci ildə ümumilikdə 5 min ton qənnadı məhsulunu xarici bazara ixrac etmişik. İxrac etdiyimiz ölkələr, böyük faizlə, ərəb ölkələri, Çin və Rusiya olub”, - deyə şirkətdən məlumat verilib.
Müəssisə qida təhlükəsizliyi standartı üzrə BRC sertifikatının "A+" dərəcəsinə sahibdir. Britaniya Pərakəndəçilər Konsorsiumu tərəfindən yaradılan BRC qlobal sertifikatı qida istehsalı müəssisələrində gigiyena, sağlamlıq, təhlükəsizliyi təmin etmək məqsədilə qida əsaslı yarana biləcək risklərin, təhlükələrin aradan qaldırılması üçün şərtləri özündə birləşdirən yüksək səviyyəli standartdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
10 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 11 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır


















.jpg)



