Tikintisi 35 il çəkən çoxfunksiyalı kompleks açılışa hazırdır - ƏN BAHALI ƏRAZİDİR
Tokionun mərkəzi hissəsində Yaponiyanın 325 metrlik ən hündür “Mori JP Tower” göydələninin olduğu “Azabudai Hills” çoxfunksiyalı kompleksin inşası başa çatıb.
Ropponqi, Adzabu və Toranomon rayonlarının kəsişməsində yerləşən kompleksin açılışı noyabrın 24-də baş tutacaq.
“Mori Building” kompaniyasının tikdiyi kompleksin sahəsi təxminən səkkiz hektardır. Reallaşması 35 il çəkən layihənin dəyəri 4 milyard dollar həcmində qiymətləndirilir.
“Azabudai Hills” kompleksində 20 min insanın çalışacağı ofislər, 3,5 min insanın yaşayacağı mənzillər, iki otel, rəqəmsal incəsənət muzeyi, Tokiodakı Britaniya məktəbi, böyük tibb mərkəzi və digər infrastruktur obyektləri yerləşəcək.
Həmin rayon Tokionun ən bahalı ərazilərindən hesab olunur. Burada 90 kvadratmetr sahəsi olan mənzilin qiyməti aşağı mərtəbələrdə 5,3 milyon dollar, ən yüksək 64-cü mərtəbədə isə 134 milyon dollardır.
“Azabudai Hills” 1986-cı ildən Tokionun mərkəzində tikilən “Hills” seriyasının dördüncü kompleksidir. Ərazisinin təxminən 40 faizini yaşıl sahələr və parklar təşkil edir.
Kompleksin konstruksiyası zəlzələ zamanı güclü titrəyişə tab gətirməklə yanaşı, binanın yırğalanmasını minimuma endirə bilir. Bundan başqa, fövqəladə hallar zamanı elektrikin kəsilməsi halında qaz generatorlarından istifadə edilməklə bütün kompleks enerji ilə təmin olunacaq. Eyni zamanda, burada 3,6 min nəfərin yerləşə biləcəyi sığınacaq mövcuddur və anbarlarında 270 min porsiya qida rasionu saxlanılır.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
12 d. əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 25 d. əvvəl
- 33 d. əvvəl
-
42 d. əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 1 saat əvvəl
-
1 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 2 saat əvvəl
-
3 saat əvvəl
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Ən çox oxunanlar
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir






















