AZAL-dan Dubaya səyahət edən sərnişinlərə təklif
Azərbaycanın milli aviadaşıyıcısı ilə 15 noyabr 2023-cü il tarixindən 31 mart 2024-cü il tarixinədək Dubaya səyahət edən sərnişinlər BƏƏ-nin ən böyük şəhərinin məşhur turizm və əyləncə məkanlarında endirimlərdən yararlana bilərlər.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, AZAL-ın müştəriləri Dubaydakı "Dolphin Bay" delfinariyası və "The Lost Chambers" okeanariumunda 15%, "The View at the Palm" baxış meydançası və "AYA Universe" muzeyində isə 20% endirim əldə edə bilərlər. Endirimdən yararlanmaq üçün AZAL sərnişinləri qeyd olunan məkanları ziyarət edərkən minik talonu və pasportlarını təqdim etməlidirlər.
Qeyd edilib ki, təklif yalnız birdəfəlik istifadə üçün keçərlidir və BƏƏ-nin dövlət bayramları zamanı tətbiq edilmir.
"AZAL ilə səyahət edin və Dubayın maraqlı görməli yerlərini ziyarət etmək fürsətini qaçırmayın!", - məlumatda bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



















.jpg)




