"Biz inflyasiya ilə bu mübarizədə qalib gəlirik, inflyasiya böhranı arxada qaldı"
Fransa İqtisadiyyat naziri 2024-cü ildə inflyasiyanın iki dəfə azalacağını proqnozlaşdırıb"Fransa hakimiyyəti inflyasiya böhranı ilə uğurla mübarizə aparıb və 2024-cü ildə inflyasiya səviyyəsi 2%-dən bir qədər yüksək olacaq, yəni indiki səviyyənin yarısı qədər".
Marja xəbər verir ki, bunu respublikanın iqtisadiyyat, maliyyə, sənaye və rəqəmsal suverenlik naziri Bruno Le Maire deyib.
"Biz inflyasiya ilə bu mübarizədə qalib gəlirik, inflyasiya böhranı arxada qaldı. Mən bunu təsdiq edirəm. 2024-cü ildə inflyasiyamız 2%-dən bir qədər yuxarı olacaq, biz normala dönəcəyik", - o, "France Inter" radiosunda deyib.
Nazir böhranı həll etmək üçün hökumətə “cəmi iki il” lazım olduğunu vurğulayaraq, 1970-ci illərdə Fransanın 10 il ərzində güclü qiymət artımı ilə mübarizə apardığını xatırladıb.
O qeyd edib ki, 2022-ci ilin əvvəlində inflyasiya 6%-ə çatdığı halda, oktyabrda 4,5% olub.
Eyni zamanda, Le Maire inflyasiyanın dəyişməsi ilə bağlı proqnozunu poza biləcək mümkün risk faktorları - enerji qiymətləri və Yaxın Şərqdəki münaqişə barədə xəbərdarlıq edib: "Biz işləməyə davam etməliyik, biz düzgün yoldayıq və 2024-cü ildə normal vəziyyətə qayıdacayıq".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
12 d. əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 25 d. əvvəl
- 33 d. əvvəl
-
42 d. əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 1 saat əvvəl
-
1 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 2 saat əvvəl
-
3 saat əvvəl
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Ən çox oxunanlar
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir



















