“Medinex” və “Beauty Azerbaijan” sərgilərinin rəsmi açılış mərasimi keçirilib
Bu gün Bakı Ekspo Mərkəzində regionun tibb sahəsindəki mühüm və nüfuzlu tədbiri olan “Medinex” və “Beauty Azerbaijan” sərgilərinin rəsmi açılış mərasimi keçirilib.
Açılış mərasimində Azərbaycan Respublikası Səhiyyə naziri Teymur Musayev, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov, KOBİA İdarə Heyəti sədrinin müavini Hikmət Məmmədov və “Caspian Event Organisers” şirkətinin Baş direktoru Fərid Məmmədov iştirak edib.
Ənənəvi lent kəsildikdən sonra açılış mərasiminin iştirakçıları və qonaqlar VIP turda iştirak ediblər.
Bu il noyabrın 2-dən 4-dək Bakı Ekspo Mərkəzində 3-cü Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları “Medinex” sərgisi keçiriləcək. Bu tədbir çərçivəsində, gözəllik sektoruna aid şirkətlərin iştirakı "Beauty Azerbaijan" adı altında təşkil olunacaq.
“Medinex” sərgisi yeniden sənaye mütəxəssislərinə və sahibkarlara işgüzar əlaqələri inkişaf etdirmək və yeni əlaqələr qurmaq, aktual məlumatlar mübadiləsi aparmaq və sərfəli müqavilələr bağlamaq imkanı yaradan səmərəli müstəvi rolunu oynayacaqdır.
Bu ilki sərgilər əlamətdar bir ilə təsadüf edir. Bu il Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.
Ulu öndər hər zaman tibb sektorunun inkişafına, innovativ layihələrə xüsusi önəm verirdi və bunu əsas prioritet istiqamətlərdən birinə çevirmişdi. Bu mühüm hadisə “Medinex” sərgisində də öz əksini tapacaq. Belə ki, sərginin təqdimat zonasında Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Tibbi İnnovasiyalar Forumu” təşkil olunacaq. Bu il, həmçinin tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermiş görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümü qeyd olunur. Sərgidə bu əlamətdar hadisəyə həsr olunmuş oftalmologiya mövzusunda panel müzakirəsi baş tutacaq.
“Medinex” Azərbaycanda səhiyyə mütəxəssislərini bir araya gətirən mühüm və nüfuzlu tibbi tədbirdir. Sərgidə aparıcı yerli və xarici istehsalçılar və distributorlar ölkə klinikalarının təkmilləşdirilməsinə, istehslakçıların tələblərinin ödənməsinə və müalicənin effektivliyinin artırılmasına kömək etmək üçün öz yeni məhsul və xidmətlərini təqdim edəcəklər.
İştirakçı ölkələr arasında Azərbaycan, Almaniya, Belarus, Cənubi Koreya, Çin, Əlcəzair, Rusiya Federasiyası, Fransa, Qazaxıstan, Qətər, Misir, Türkiyə və s. ölkələr yer alır. Sərgi ekspozisiyası “Diamed CO", “Arash Medical Company”, “ASMEDİCAL”, “Labservis LTD”, “IHG” (International Health Group), “Biopharmax AFEZCO” kimi mühüm yerli şirkətlərlə yanaşı, müxtəlif ölkələrin ixtisaslaşmış şirkətlərini bir araya gətirəcək. Sərgidə xarici şirkətlərlə yanaşı, tibbi avadanlıqların aparıcı yerli distribütorları, qlobal istehsalçıların tərəfdaşları, eləcə də “Made in Azerbaijan” brendi altında məhsulların yerli istehsalçıları da iştirak edəcəklər. Bu il xüsusi olaraq sərgidə Belarus və Qazaxıstan, bundan başqa, Rusiyanın müxtəlif vilayətləri - Yaroslavl, Moskva, Sverdlovsk vilayətləri, eləcə də Tatarıstan Respublikası öz kollektiv stendləri ilə çıxış edəcəklər.
Sərgi aşağıdakı bölmələr üzrə təşkil olunacaq:
tibbdə informasiya texnologiyaları;
tibbi avadanlıq və cihazlar;
laboratoriya avadanlıqları;
dərman vasitələri;
vitaminlər və bioloji aktiv əlavələr;
ortopedik məhsullar;
stomatoloji avadanlıq və alətlər;
optika və oftalmologiya;
tibbi turizm;
tibbi sərfiyyat malları.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) “Medinex” 2023 sərgisinin rəsmi dəstəkçisidirlər.
Sərginin gümüş sponsoru “Zeytun Pharmceuticals” şirkətidir.
“Medinex” sərgisi ilə birgə gözəllik sektorunu əhatə edən və "Beauty Azerbaijan" adı altında iştirak edən şirkətlər aşağıdakı sahələr üzrə məhsul və xidmətlərini nümayiş etdirəcəklər:
kosmetologiya və estetik tibb üçün məhsullar;
şəxsi gigiyena vasitələri;
təbii kosmetika;
dekorativ kosmetika;
peşəkar kosmetika;
estetik salon avadanlıqları;
dırnaq xidmətləri üçün vasitə və alətlər;
saça və bədənə qulluq vasitələri.
Ənənəvi olaraq bu il də “Medinex” sərgisinin təqdimat zonasında tibb sahəsinin önəmli mövzularını əhatə edən panel müzakirələri təşkil ediləcəkdir. Öz dinamikliyi ilə seçilən bu platforma Ümumdünya Səhiyyə Təşkilatı, TƏBİB və İcbari Tibbi Sığorta Agentliyinin nümayəndələrinin iştirakı ilə “Tibbi təcrübənin dəyəri: həyatda tətbiq və cəmiyyət üçün faydalar”, bundan başqa, “Qidalanma və xərçəng xəstəliyi”, “Kardiologiya sahəsi üzrə aktual problemlər”, “TeleTibb sistemlərinin gələcək inkişafı”, “Tibbdə süni intellekt”, “Azərbaycanda orqan transplantasiyası və onun əhəmiyyəti”, “Hemotoloji xəstəliklərdə sümük iliyi transplantasiyası”, pediatriya sahəsində aktual problemlərdən olan “Müxtəlif autizm spektrlı uşaqlar” və bu kimi bir sıra cəmiyyət üçün vacib mövzuları əhatə edəcək.
Sərgidə digər nəzərəçarpan tədbirlər də təşkil olunacaq. Bunlardan biri "Təməl həyat dəstəyi" mövzusunda təlim-simulyasiyanın təşkilidir. Təlim-simulyasiya, iştirakçılara və ziyarətçilərə bu əhəmiyyətli mövzuda ətraflı məlumat və praktik təcrübə vermək məqsədilə təşkil olunacaq. Bu tədbir ərzində, iştirakçılar ilkin tibbi yardımın əsas prinsiplərini öyrənəcək və bu sahədə praktiki bacarıqlarını inkişaf etdirəcəklər.
Daha bir maraqlı fəaliyyət isə foyedə təşkil olunan VR (virtual reallıq) guşəsidir. Belə ki, bu guşədə sərgi ziyarətçiləri müxtəlif tibbi prosedurlarda, eləcə də, əməliyyatlarda iştirak edərək həkimlik praktikasını sınaya biləcəklər.
Sərgilər zamanı ekspert və mütəxəssislərin tibb sahəsində öz bilik və təcrübələrini bölüşdükləri sessiyalar, panel müzakirələri, yerli və xarici sahibkarların iştirak edəcəyi işgüzar B2B görüşlər və digər tədbirlər təşkil ediləcək. Bu, ziyarətçilərə yeni biliklər, sənayedəki ən son tendensiyalar haqqında məlumat əldə etmək və peşəkar bacarıqlarını artırmaq imkanı verəcəkdir.
Sərgilərə ümumilikdə 14 ölkədən 100 şirkət qatılacaqdır. Beləliklə, beynəlxalq iştirakçıların da yer alacağı “Medinex” və "Beauty Azerbaijan" sərgiləri sənaye mütəxəssislərini eyni platformada bir araya gətirmək, işgüzar əlaqələri gücləndirmək və satış coğrafiyasını genişləndirmək üçün əla fürsət yaradacaq.
Sərgilərin təşkilatçısı “Caspian Event Organisers” şirkəti, eləcə də onların tərəfdaşları olan “Caspian Event Management” və “ICA Events” şirkətləridir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 4 saat əvvəl
-
-
8 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
8 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
8 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb























