"Azercell" Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda “Söz verirəm” sosial kampaniyasını elan edir
Genişmiqyaslı layihənin növbəti mərhələsi qısnamaya qarşı mübarizəyə həsr olunub(®) Azərbaycan gənclərinin məğrur tərəfdaşı “Azercell Telekom” MMC və Azərbaycan Cüdo Federasiyası (ACF) həyata keçirdiyi silsilə tədbir və təşəbbüslərdən ibarət sosial layihənin növbəti mərhələsinə start verir. UNESCO-ya üzv dövlətlər noyabr ayının ilk cümə axşamını Məktəblərdə Zorakılıq və Zorbalığa, o cümlədən kiber zorakılığa qarşı Beynəlxalq Mübarizə Günü elan ediblər. “Söz verirəm” sosial kampaniyasının başlanğıcı da məhz bu günə təsadüf edir. Layihə ölkəmizdə idmana olan marağı daha da artırmaq, sağlam həyat tərzini təbliğ etməklə yanaşı, son zamanlar gənclər və yeniyetmələr arasında qlobal səviyyədə aktual olan qısnama (bullinq) mövzusuna toxunur.
Yeniyetmələrin incidilməsinə səbəb olan ixtiyari və təkrar şəkildə törədilmiş aqressiv davranışlar onların həm təhsilinə, həm də həyatına mənfi təsir göstərir. “Söz verirəm” sosial kampaniyası bullinqin zərərli davranış olduğunu, istər şəxsi ünsiyyətdə, istərsə də rəqəmsal platformalarda qısnamanın qarşısının alınmasını uşaqlara və böyüklərə aşılayır.
Azercell və ACF bütün cəmiyyəti qısnamadan yayınmağa, dostluq, nəzakət, cəsarət kimi dəyərlərə hörmət etməyə çağırır. Bu çağırışa tanınmış cüdoçular, idmançılar, həmçinin ictimai fəal şəxslər də qoşulub.
Kampaniya çərçivəsində cüdo təlim-məşq mərkəzlərində və məktəblilər arasında maarifləndirmə işləri aparılacaq. Uşaqlara bullinqə qarşı könüllü hərəkat ətrafında birləşmək üçün müvafiq sertifikat və qolbaqlar təqdim olunacaq.
Söz veririk, həmişə, hər yerdə insanlara hörmətlə yanaşmağa davam edəcəyik!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 5 saat əvvəl
-
-
21 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Ən çox oxunanlar
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti























