Azərbaycan hökumətinin pessimist ssenarisi məlum olub - NEFİN QİYMƏTİ 40 DOLLAR GÖTÜRÜLÜR
İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunan Azərbaycan Respublikasının sosial və iqtisadi inkişaf göstəricilərinə dair sənəddə qlobal və regional iqtisadi reallıqların milli iqtisadiyyata mümkün təsirləri, Rusiya və Ukrayna arasında baş verən münaqişənin gedişatına, dünya enerji bazarında gedən proseslər və neft qiymətinin dəyişməsinə, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrasına uyğun olaraq aparılan genişmiqyaslı islahatlar və qarşıya qoyulmuş hədəflər, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası (Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun) ilə bağlı investisiya xərcləri nəzərə alınmaqla Azərbaycan Respublikasının ortamüddətli dövr üzrə iqtisadi və inkişaf proqnozları baza (hədəf), optimist və pessimist olmaqla üç ssenaridə hazırlanmışdır.
Marja.az-ın məlumatına görə, bu, 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında bildirilir.
Qeyd edilib ki, ssenarilər üzrə hesablamalarda xam neftin qiyməti baza (hədəf) ssenarisində 2023-cü ildə 75,0 ABŞ dolları, 2024-2027-ci illər üzrə 60 ABŞ dolları, optimist ssenaridə 2023-2027- cü illərdə 80 ABŞ dolları, pessimist ssenaridə isə 2023-cü ildə 65 ABŞ dolları, 2024-2027-ci illərdə isə 40 ABŞ dolları götürülmüşdür.
Təqdim olunan məlumatlara əsasən, ÜDM-in artım tempi 2024-cü ildə baza ssenarisində 2,4 faiz və ya 118,4 mlrd. manat gözlənilir. Baza ssenarisi ilə müqayisədə optimist ssenaridə real artım 3,3 faiz (0,9 faiz-bənd çox) və ya 128,7 mlrd. manat (10,3 mlrd. manat çox), pessimist ssenaridə isə real artım -0,1 faiz (2,5 faiz-bənd az) və ya 103,0 mlrd. manat (15,4 mlrd. manat az) təşkil edəcəkdir.
Qeyri-neft ÜDM-nin artım tempi isə 2024-cü ildə baza ssenarisində 4,6 faiz və ya 84,2 mlrd. manat gözlənilir. Baza ssenarisi ilə müqayisədə optimist ssenaridə real artım 5,8 faiz (1,2 faizbənd çox) və ya 87,4 mlrd. manat (3,2 mlrd. manat çox), pessimist ssenaridə isə real artım 0,7 faiz (3,9 faiz-bənd az) və ya 78,5 mlrd. manat (5,7 mlrd. manat az) təşkil edəcəkdir.
Neft-qaz sektorunda hasilat proqnozları nəzərə alınmaqla, dövlət büdcəsinin neft gəlirlərinin 2024-cü ildə baza ssenariyə (60 ABŞ dolları) nəzərən pessimist ssenaridə (40,0 ABŞ dolları) 847,4 milyon manat az, optimist ssenaridə (80,0 ABŞ dolları) isə 845,9 milyon manat çox olacağı gözlənilir
Aparılmış hesablamalara əsasən neft-qaz sektorunda hasilat proqnozları və Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivlərinin yerləşdirilməsindən və idarə edilməsindən təxmin edilən gəlirlilik faizi nəzərə alınmaqla, neftin qiymətinin hər 10 ABŞ dolları dəyişməsi 2024-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirlərinin təqribən 1,7 milyard manat artması və ya azalmasına gətirib çıxarır.
Neft-qaz sektorunda hasilat proqnozları və Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivlərinin yerləşdirilməsindən və idarəedilməsindən təxmin edilən gəlirlilik faizi nəzərə alınmaqla, Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin gəlirlərinin 2024-cü ildə baza ssenariyə (60 ABŞ dolları) nəzərən pessimist ssenaridə (40,0 ABŞ dolları) 3,4 milyard manat az, optimist ssenaridə (80,0 ABŞ dolları) isə 3,4 milyard manat çox olacağı gözlənilir.
Nef-qaz sektorunda hasilat proqnozları və Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivlərinin yerləşdirilməsindən və idarəedilməsindən təxmin edilən gəlirlilik faizi nəzərə alınmaqla icmal büdcənin gəlirlərinin 2024-cü ildə baza ssenarisinə (60 ABŞ dolları) nəzərən pessimist ssenaridə (40,0 ABŞ dolları) 4,2 milyard manat az, optimist ssenaridə (80,0 ABŞ dolları) isə 4,2 milyard manat çox olacağı gözlənilir
cmal büdcənin artıqlığı/kəsirliliyinin xam neftin müxtəlif qiymət ssenarilərində təhlili göstərir ki, xam neftin qiymətinin hər 10 ABŞ dolları dəyişməsi icmal büdcənin kəsirinin 2024-cü ildə təqribən 2,1 milyard manat artmasına və ya azalmasına gətirib çıxarır.
İcmal büdcə 2024-cü ildə baza ssenaridə (60 ABŞ dolları) 3,4 milyard manat kəsirlə, pessimist ssenaridə (40 ABŞ dolları) 7,6 milyard manat kəsirlə, optimist ssenaridə (80 ABŞ dolları) isə 0,9 milyard manat profisitlə proqnozlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
7 saat əvvəl
Alüminiumun qiyməti 2022-ci ildən bəri ilk dəfə 3 min dollar səviyyəsini keçdi
-
1 gün əvvəl
Naxçıvan sahibkarlarından Prezident İlham Əliyevə minnətdarlıq məktubu
-
-
1 gün əvvəl
"Binanın bir mərtəbəsinin müğənniyə hədiyyə edilməsi ilə bağlı" xəbərə “Kristal”dan reaksiya
-
1 gün əvvəl
"Bizim valyuta ehtiyatlarımız tarixi rekord həddə çatıb - xarici borcumuzu 16 dəfə üstələyir"
- 2 gün əvvəl
-
2 gün əvvəl
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
-
2 gün əvvəl
Marja.az oxucularını və tərəfdaşlarını Yeni il münasibətilə təbrik edir!
-
3 gün əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 3 gün əvvəl
- 3 gün əvvəl
- 3 gün əvvəl
Yanvarın 1-də gözlənilən hava şəraiti -Qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
6,3 milyard manatlıq defisiti olan "Azərbaycan Dəmir Yolları" 331 investordan 30 milyon dollar borc aldı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
























