"Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri ilə böyük planları var"
Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri ilə bərpaolunan enerji mənbələri sahəsində əməkdaşlıq üçün böyük planları var.
Marja xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı söyləyib.
“Bizim böyük planlarımız var və əminəm ki, Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri uğurla inkişaf etməyə davam edəcək. Əminəm ki, daha çox layihələr olacaq. Faktiki olaraq bu gün biz çox qısa zamanda 1 giqavat bərpaolunan enerji istehsalına yol açacaq üç investisiya sazişinin imzalanma mərasiminin şahidi olacağıq”, - deyə dövlətimizin başçısı əlavə edib.
"Biz yaşıl gündəliyə doğru irəliləyirik. Bu, məqsədli seçimdir"
"Bugünkü layihə gələcəkdə həyata keçiriləcək çoxsaylı layihələrin birincisidir. Qeyd etdiyim kimi, bu gün üç investisiya sazişi imzalanacaq, lakin bizim planlarımız daha genişdir. Biz mərhələlərlə 10 qiqavata qədər bərpaolunan enerji istehsal etmək üçün birgə işləməyi planlaşdırırıq", - Prezident İlham Əliyev çıxışı zamanı səsləndirib.
Bunun regionun enerji inkişafında tam bir inqilab olacağını diqqətə çatdıran dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan dünyada ilk dəfə 19-cu əsrin ortalarında neftin istehsal olunduğu ölkədir.
“İndi bizim zəngin yanacaq ehtiyatlarımızın olduğunu nəzərə alaraq, biz yaşıl gündəliyə doğru irəliləyirik. Bu, məqsədli seçimdir. Bu, bizim təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə töhfəmizdir”, - deyə Azərbaycan Prezidenti bildirib.
Müştərilərin xəbərləri
Hazır mənzil axtaranların diqqətinə: City Garden Narimanov”da 2, 3, 4 otaq, eləcə də studiya premium mənzillər hazırdır
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 d. əvvəl
-
8 d. əvvəl
ABB səhmdarlarına 200 milyon manat dividend ödənişi təklif ediləcək - MÜSAHİBƏ
-
-
16 d. əvvəl
Yapı Kredi “Texnologiyada Fürsət Bərabərliyi” proqramını Azərbaycana gətirdi
- 34 d. əvvəl
- 42 d. əvvəl
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Bank Respublika”nın maliyyə vəziyyəti açıqlanıb - XALİS MƏNFƏƏTİ 18% ARTIB
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanın iri bankı Özbəkistanda bank alır
Azərbaycan Ermənistandan məhsul idxalına başlayıb
Əfsanəvi investor vəfat edib
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Çin iqtisadiyyatı 5% artıb
20 bank xalis mənfəət, 1 bank xalis zərər açıqladı - SİYAHI
Artan xərclər "Rabitəbank"a qazancını artırmağa imkan verməyib - ƏMƏLİYYAT MƏNFƏƏTİ AZALIB
“Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub
Bank 23-cü filialını Zaqatalada açdı














.jpg)





