"AccessBank"ın xalis mənfəəti 6 dəfəyə yaxın artıb

"AccessBank" QSC 2023-cü ilin 9 ayını (yanvar-sentyabr) 29 milyon 309 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 5 milyon 269 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2023-cü ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə "AccessBank"ın xalis mənfəəti 5,6 dəfə artıb.
Marja.az xəbər verir ki, "AccessBank"ın faiz gəlirləri 2023-cü ilin 9 ayında 2022-ci ilin eyni dövrü ilə müqayisədə 41 milyon 755 min manat və ya 41,6% artaraq 142 milyon 19 min manat, qeyri-faiz gəlirləri isə 4 milyon 884 min manat və ya 57,2% artaraq 13 milyon 425 min manat təşkil edib.
2023-cü ilin 9 ayında "AccessBank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 155 milyon 444 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 114 milyon 558 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 40 milyon 886 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 11 milyon 577 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb.
KREDİT PORTFELİ 1 MİLYARD MANATA YAXINLAŞIB
"AccessBank"ın kredit portfeli (müştərilərə verilən kreditlər) 2023-cü ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 178 milyon 849 min manat artaraq 30 sentyabr 2023-cü il tarixində 992 milyon 398 min manata çatıb.
DEPOZİT PORTFELi 1 MİLYARD MANATI KEÇİB
"AccessBank"ın depozit portfeli 2023-cü ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 165 milyon 505 min manat artaraq 30 sentyabr 2023-cü il tarixində 1 milyard 25 milyon 559 min manat təşkil edib. O cümlədən, fiziki şəxslərin depozitləri 81 milyon 230 min manat artaraq 800 milyon 243 min manata, hüquqi şəxslərin depozitləri 84 milyon 275 min manat artaraq 225 milyon 316 min manata çatıb.
"AccessBank"ın cəmi aktivləri 2023-cü ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 225 milyon 226 min manat artaraq 30 sentyabr 2023-cü il tarixində 1 milyard 394 milyon 81 min manat olub.
30 Sentyabr 2023-cü il tarixində "AccessBank" 133 milyon 862 min manat məcmukapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 11 d. əvvəl
-
- 20 d. əvvəl
-
35 d. əvvəl
“Respublika Diaqnostika Mərkəzi“ndə təcili yığıncaq - Baş direktor seçiləcək
-
38 d. əvvəl
“Azərmetalinvest”in rəhbərliyi yenidən seçiləcək, şirkətin istifadəyə yararsız əmlakı silinəcək
- 39 d. əvvəl
- 41 d. əvvəl
-
1 saat əvvəl
"Bank of America": Qızılın kəskin bahalaşması dövrü sona çatır- XƏBƏRDARLIQ
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan maliyyə bazarında ilk dəfə olaraq “Açıq bankçılıq” funksionallığının tətbiqinə başlanılıb
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Bank mütəxəssis-hüquqşünas vəzifəsinə işə qəbul elan edir

"Atasığorta"nın kapitalı kəskin azaldılır

İri bank qızılın qiyməti üzrə proqnozunu daha da artırdı

Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar

Bakıda ilk dəfə – TATS avtomobil hərracı

HSBC, Brent nefti üzrə qiymət proqnozunu dəyişmədi

AMD və OpenAI strateji tərəfdaşlıq qurdu, AMD səhmləri 38% bahalaşdı

Tramp yük avtomobilləri üçün 25 %-lik gömrük rüsumu elan edib

Azərbaycanın investisiya şirkətinə əlavə maya qoyulur

Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib
