"Premium Bank" 2023-ün 9 ayını 7,9 milyon manata yaxın xalis mənfəətlə başa vurub

"Premium Bank" ASC 2023-cü ilin 9 ayını (yanvar-sentyabr) 7 milyon 881 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 4 milyon 12 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Premium Bank"ın xalis mənfəəti bu ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyon 869 min manat və ya 49% artıb.
FAİZ GƏLİRLƏRİ ARTIB
Marja.az-ın məlumatına görə, ötən ilin 9 ayı ərzində "Premium Bank"ın faiz gəlirləri 22 milyon 934 min manat ikən, 2023-cü ilin 9 ayında 23 milyon 998 min manata kimi yüksəlib. Ötən ilin yanvar-sentyabr dövründə Bankın qeyri-faiz gəlirləri 12 milyon 913 min manat ikən, cari ilin 9 ayında 13 milyon 668 min manat olub.
2023-cü ilin 9 ayı ərzində “Premium Bank”ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 37 milyon 666 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 31 milyon 316 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 6 milyon 350 min manat təşkil edib. Eyni zamanda, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş 1 milyon 530 min manat mənfəətə əlavə olunub.
Ötən ilin 9 ayında Bankın cəmi əməliyyat gəlirləri 35 milyon 847 min manat, cəmi əməliyyat xərcləri 28 milyon 123 min manat, əməliyyat mənfəəti 7 milyon 724 min manat, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlar 3 milyon 712 min manat təşkil etmişdir.
Cari ilin Bankın faiz xərcləri 5% artaraq 7 milyon 827 min manat, qeyri-faiz xərcləri isə 13,5% arataraq 23 milyon 489 min manat təşkil edib.
BANK AKTİVLƏRİ VƏ KREDİT PORTFELİ AZALIB
30 sentyabr 2023-cü il tarixində “Premium Bank” 677 milyon 356 min manat cəmi aktivlərə, o cümlədən 433 milyon 26 min manat kredit portfelinə (müştərilərə verilmiş kreditlər) malik olub. Bank ötən ilin sonunda 692 milyon 202 min manat cəmi aktivlərə, o cümlədən 436 milyon 968 min manat kredit portfelinə malik idi.
Aktivlər ilin əvvəlindən 2.14% (14 milyon 846 min manat) o cümlədən kredit portfeli üzrə 0.9% (3 milyon 942 min manat) azalmışdır. Baxmayaraq ki, kredit portfelinin biznes kreditləri 9 milyon 732 min manat azalıb, lakin istehlak və daşınmaz əmlakın alınması üzrə kreditlərdə 5 milyon 791 min manat artım müşahidə olunub. Bu da Bankın korpartiv bankçılıqdan retail yönümlü siyasətin aparılmasını göstərir.
BANKIN DEPOZİT PORTFELİ AZALIB
2023-cü ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə “Premium Bank”da fiziki şəxslər üzrə depozitlər 1,19% (4 milyon 55 min manat) azalaraq 336 milyon 608 min manat və hüquqi şəxslər üzrə 8.84% (11 milyon 136 min manat) azalaraq 114 milyon 691 min manat təşkil edib. Depozit potfeli üzrə azalma müştərilərin cari hesablarındakı vəsaitdən istifadə ilə bağlı olmuşdur.
30 sentyabr 2023-cü il tarixində “Premium Bank” 174 milyon 66 min manat məcmu kapitala malik olub.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 18 d. əvvəl
-
- 27 d. əvvəl
-
42 d. əvvəl
“Respublika Diaqnostika Mərkəzi“ndə təcili yığıncaq - Baş direktor seçiləcək
-
45 d. əvvəl
“Azərmetalinvest”in rəhbərliyi yenidən seçiləcək, şirkətin istifadəyə yararsız əmlakı silinəcək
- 46 d. əvvəl
- 48 d. əvvəl
-
1 saat əvvəl
"Bank of America": Qızılın kəskin bahalaşması dövrü sona çatır- XƏBƏRDARLIQ
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan maliyyə bazarında ilk dəfə olaraq “Açıq bankçılıq” funksionallığının tətbiqinə başlanılıb
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Bank mütəxəssis-hüquqşünas vəzifəsinə işə qəbul elan edir

"Atasığorta"nın kapitalı kəskin azaldılır

İri bank qızılın qiyməti üzrə proqnozunu daha da artırdı

Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar

Bakıda ilk dəfə – TATS avtomobil hərracı

HSBC, Brent nefti üzrə qiymət proqnozunu dəyişmədi

AMD və OpenAI strateji tərəfdaşlıq qurdu, AMD səhmləri 38% bahalaşdı

Tramp yük avtomobilləri üçün 25 %-lik gömrük rüsumu elan edib

Azərbaycanın investisiya şirkətinə əlavə maya qoyulur

Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib
