Yapon avtomobilləri festivalı uğurla başa çatdı
Ötən həftəsonu (6-8 oktyabr) Bakıda Yaponiya avtomobil markaları festivalı keçirildi.
"Park Pulvar" ticarət və əyləncə mərkəzində keçirilən festivalın təşkilatçısı Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası olub. “ Japan auto fest” adlanan sərgidə "Toyota", "Nissan", "Mazda", "Subaru", "İnfiniti" və "Lexus" brendlərinin modelləri nümayiş olunub. Festivalın açılışını isə Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) İdarə Heyətinin sədri Natiq Zərbəliyev edib.
Sərgidə yapon geyimlərində müsabiqədə də təşkil olunub. Bu səbəbdən bir çox insan yapon geyimlərində sərgiyə qatılıb. Müsabiqənin qalibləri isə pul mükafatı qazanıblar. 1000 manata qədər olan ümumi mükafat fondu ilk 3 yer arasında bölünüb. Bundan əlavə " Toyota Gazoo Racing" kompyuter oyunu yarışıda keçirildi. Yarışın qalibini pul müakafatı ilə təltif edilib. Sərgiyə qatılan qonaqlar müxtəlif viktorinalarda öz avtomobil biliklərini sınayaraq sərginin tərəfdaşları tətəfindən hədiyyələr qazanıblar.
Sərginin son günü Azərbaycan Aykido Aykikay federasiyasının idmançıları sərgi iştirakçıları üçün yapon döyüşü sənəti üzrə master klas keçiblər.
Xatırladaq ki, sentyabr ayının sonuncu həftəsində də Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası tərəfindən "Park Bulvar" AVM-da Çin avtomobillərinin sərgisi keçirilmişdi.
AADA-nın icraçı direktoru Eyyub Əliyev bildirib ki, bu ilin sonuna qədər avtomobil həvəskarları üçün maraqlı layihələr davam edəcək.
"Noyabr ayının əvvəlində xanım sürücülər üçün maraqlı bir gün təşkil edəcəyik. Bundan əlavə noyabr ayında " Zəfər yürüşü", dekabr ayında isə " Ekoloji konfrans" baş tutacaq"- deyə AADA nümayəndəsi bildirdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 10 d. əvvəl
- 13 d. əvvəl
- 15 d. əvvəl
- 16 d. əvvəl
- 19 d. əvvəl
- 20 d. əvvəl
- 12 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Ən çox oxunanlar
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu






.jpg)





.jpg)






