"Expressbank" 9 ayda 10 milyon manata yaxın xalis mənfəət əldə edib

"Expressbank" ASC 2023-cü ilin 9 ayı üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, "Expressbank" ASC 2023-cü ilin 9 ayını (yanvar-sentyabr) 9 milyon 968 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü manat xalis 11 milyon 235 min manat mənfəət ilə bağlamışdı.
GƏLİRLƏRİ ARTIB
2023-cü ilin yanvar-sentyabr dövründə ötən ilin eyni dövrü ilə müqayisədə "Expressbank" ASC-ın faiz gəlirləri 18,5% artaraq 42 milyon 218 min manat, qeyri-faiz gəlirləri 2,9% artaraq 14 milyon 4 min manat təşkil edib.
Cari ilin 9 ayında "Expressbank" ASC cəmi əməliyyat gəlirləri 56 miylon 221 min manat, cəmi əməliyyat xərcləri 42 milyon 765 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 13 miylon 457 min manat təşkil edib. Ötən ilin eyni dövründə Bankın əməliyyat mənfəəti 13 milyon 136 min manat olmuşdu. Əməliyyat mənfəətin artmasına qarşılıq Bankın xalis mənfəətinin azalması bu il mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 1 milyon 16 min manat ayrılması ilə əlaqədardır. Ötən ilin 9 ayında ehtiyatlardan azad olmuş 655 min manat mənfəətə əlavə edilmişdi.
2023-cü ilin yanvar-sentyabr dövründə (9 ayda) ötən ilin sonu ilə müqayisədə "Expressbank" kredit portfeli (müştərilərə verilmiş kreditlər) 63 milyon 226 min manat artaraq 30 sentyabr 2023-cü il tarixində 360 milyon 310 min manata çatıb. O cümlədən, Bankın istehlak kreditləri portfeli 25 milyon 971 min manat artaraq 185 milyon 340 min manata, biznes kreditləri portfeli 7 milyon 127 min manat artaraq 102 milyon 972 min manata, ipoteka kreditləri portfeli isə 30 milyon 128 min manat artaraq 71 milyon 998 min manata yüksəlib. Bankın xalis kredit portfeli (mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat xaric) 63 miylon 797 min manat artaraq 355 milyon 425 min manata çatıb.
30 sentyabr 2023-cü il tarixində "Expressbank" ASC 125 milyon 196 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 18 d. əvvəl
-
- 27 d. əvvəl
-
42 d. əvvəl
“Respublika Diaqnostika Mərkəzi“ndə təcili yığıncaq - Baş direktor seçiləcək
-
45 d. əvvəl
“Azərmetalinvest”in rəhbərliyi yenidən seçiləcək, şirkətin istifadəyə yararsız əmlakı silinəcək
- 46 d. əvvəl
- 48 d. əvvəl
-
1 saat əvvəl
"Bank of America": Qızılın kəskin bahalaşması dövrü sona çatır- XƏBƏRDARLIQ
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan maliyyə bazarında ilk dəfə olaraq “Açıq bankçılıq” funksionallığının tətbiqinə başlanılıb
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Bank mütəxəssis-hüquqşünas vəzifəsinə işə qəbul elan edir

"Atasığorta"nın kapitalı kəskin azaldılır

İri bank qızılın qiyməti üzrə proqnozunu daha da artırdı

Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar

Bakıda ilk dəfə – TATS avtomobil hərracı

HSBC, Brent nefti üzrə qiymət proqnozunu dəyişmədi

AMD və OpenAI strateji tərəfdaşlıq qurdu, AMD səhmləri 38% bahalaşdı

Tramp yük avtomobilləri üçün 25 %-lik gömrük rüsumu elan edib

Azərbaycanın investisiya şirkətinə əlavə maya qoyulur

Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib
