Azərbaycanda mələk investor olmaq istəyənlər üçün məktəb açıldı
Azərbaycanda ilk Mələk İnvestorlar Məktəbinin açılışı elan edildi"Technovate - Sabah Mələk İnvestorlar Klubu" Mələk İnvestorlar Məktəbinin (Angel İnvestor School) açılışını elan edib.
Bu barədə Marja.az-a “Technovate -Sabah Mələk İnvestorlar Klubu”nun həmtəsisçisi Fərid İsmayılzadə bildirib.
O qeyd edib ki, belə məktəb Azərbaycanda ilk dəfədir fəaliyyətə başlayır.
"Bu məktəbin məqsədi Azərbaycanda mələk investorlara ilk öncə nəzəri, sonra isə onları klub üzvü etməklə praktik biliklər verməkdir",- İsmayılzadə bildirib.
Onun sözlərinə görə, mələk investor adətən ildə 3 – 50 min ABŞ dolları civarında məbləği startaplara risk edərək yatırımlarını 10 və bəzən də, hətta 100 dəfə artırmaq istəyən şəxslərdir. Startaplara bu tip yatırımlar dünyada ən yüksək gəlirli yatırımlar hesab olunur. Məhz buna görə dünyadakı ən dəyərli şirkətlər nə zamansa startap olmuşdur. Onların qurucuları isə dünyanın ən varlı insanlarıdır. Bu cür yüksək gəlirliliyin öz riskləri ilə olduğuna görə onun sirlərinə bələd olmaqda bir fayda var. Bundan əlavə startaplar bazar hədəflərinə uyğun olaraq öz ölkələrində, regionda və ya dünyada ciddi müsbət dəyişiklərə səbəb olurlar.
Fərid İsmayılzadə əlavə etdi ki, pu proqramdan məzun olmuş mələklər daha çox inkişaf etmiş ölkələrin, xüsusi ilə də ABŞ startaplarına sərməyə yatırmaq imkanı əldə edəcəklər. Onlara startaplardan ibarət portfel yaratmaq, düzgün seçimlər etmək və maksimum uğurlu nəticələr əldə etmək üçün nəzəri biliklər veriləcəkdir.
Məktəbin ilk qrupu barədə əlavə məlumatı www.angelinvestor.az saytından əldə etmək mümkündür. Kursun dili ingiliscə və təlimçiləri isə ABŞ ekspertləri olacaqdır. Kursa qeydiyyat Noyabr ayının 1-inə qədər 255 manatdır. Ödəniş zamanı Marja.az promo kodunu daxil etməklə daha 10% endirim əldə etmək mümkündür".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
15 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 19 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























