Antiterror əməliyyatında şəhid olmuş igidlərin məlumatları platformaya əlavə olundu
(®) Uzun tarixi fasilədən sonra ayağa qalxaraq, işğal altındakı torpaqları azad etdik və bu hadisənin şahidləri ilə yanaşı təəssüf ki, şəhidləri də var - tarixi yenidən yazan, xalqını və dövlətini məğlubdan qalibə çevirən igidlər.
Belə ki, Qarabağ və Şəhidlərə həsr olunmuş unikal fotobank olan “Karabakh Life” platforması 2021-ci ildən etibarən fəaliyyət göstərir. Son 3 il ərzində Vətən uğrunda canından keçən şəhidlərin məlumatları bu platformaya yerləşdirilir. Antiterror əməliyyatında şəhid olmuş igidlərin məlumatları da artıq əlavə olunub. Zəfər tariximizin qürur səhifələrini karabakhlife.az veb-saytından izləyə, öyrənə və öz əlavələrinizi edə bilərsiniz.
Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, eləcə də Qarabağla bağlı məlumatların bir yerə toplanılması və yayılması məqsədilə yaradılmış platformada hər bir istifadəçi mövzu üzrə istənilən məlumatla tanış olub paylaşa, həmçinin mövcud məlumatı yeniləyib zənginləşdirə bilər.
Bundan əlavə, fotobankda Qarabağın tarixi, məişəti və mədəniyyətinə aid şəkillər, eləcə də Birinci və İkinci Qarabağ müharibələrində vuruşan hərbçilərin qısa həyat hekayələri yer alıb.
Tarixi yaşatmaqda, yaymaqda və gələcək nəsillərə ötürməkdə hamımız həmrəy olmalıyıq. Ətraflı məlumat: https://karabakhlife.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 8 saat əvvəl
-
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Ən çox oxunanlar
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti























