Qarabağdakı qondarma dövlət ləğv edilir
Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını elan edib. Qərara əsasən, qondarma rejimin bütün qurumları və təşkilatları fəaliyyətini dayandırır. Bununla da "Dağlıq Qarabağ respublikası" öz mövcudluğuna son verir.2024-cü il yanvarın 1-də "Artsax Respublikası" (Qarabağdakı qondarma rejim) mövcudluğunu dayandıracaq.
Marja.az xəbər verir ki, bu barədə erməni sosial şəbəkələrində verilən məlumata görə, qondarma dövlətin "prezidenti" Samvel Şahramanyan "fərman" imzlayıb.
Rusiya sülhməramlı komandanlığının vasitəçiliyi ilə əldə edilmiş razılaşmanı nəzərə alaraq "fərman"qərara alınıb.
"1. 2024-cü il yanvarın 1-dək idarə tabeliyində olan bütün "dövlət qurumları və təşkilatları" ləğv edilsin və "Dağlıq Qarabağ (Artsax) Respublikası" öz fəaliyyətini dayandırsın.
2. Qarabağın əhalisi, o cümlədən respublikadan kənarda yerləşənlər bu "Fərman" qüvvəyə mindikdən sonra müstəqil və fərdi qərar qəbul etmək məqsədi ilə Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış olsunlar.
Bu "Fərman" dərc edildikdən dərhal sonra qüvvəyə minir".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
7 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
7 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
7 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 8 saat əvvəl
-
9 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
Ən çox oxunanlar
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir





















