"SOCAR" Ukraynada yanacaqdoldurma məntəqəsi açmaqdan "doymur"
"SOCAR Ukraine" Ticarət Evi 2017-ci ilin sonunadək Ukraynada daha iki yeni yanacaqdoldurma məntəqəsi açmağı planlaşdırır.
Bu barədə şirkətinin mətbuat xidmətindən məlumat verilib.
"YDM-in harada və hansı konseptdə olacağı barədə hələlik məlumat verə bilmərik. Lakin əmin edə bilərik ki, həm fəaliyyətdə olan, həm də yeni stansiyalarda biz keyfiyyətli yanacaq təklif edirik, qonaqlarımızı rahat səyahətləri üçün qüsursuz xidmət və əlavə xidmətlərlə təmin edirik", - şirkətdən bildiriblər.
Qeyd edək ki, bu gün "SOCAR Ukraine" şəbəkəsi 60 YDM komplekslərini əhatə edir.
Xatırladaq ki, fevralda SOCAR Kiyevdə Protasov Yar, 13А küçəsində yeni stansiyasını açıb. Stansiya yeni üslubda tikilib.
Yanacaqdoldurma məntəqəsində pulsuz şinlərin doldurulması xidməti, avtoyuma, Wi-Fi, mobil telefonların enerji yüklənməsi, biznes-guşə, həmçinin geniş çeşidli BUTA market təklif edilir.
"SOCAR Ukraine" şirkətindən həmçinin bildirilib ki, şirkətin planlarında Moldovanın neft məhsullarının topdansatış bazarına çıxmaqdır.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
59 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























