Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ
Dünən FED-in faiz dərəcəsini 5.25–5.5% səviyyəsində saxlaması qərarından sonra FED sədri Cerom Pavelin mətbuat konfransı zamanı monetar siyasətin gələcəyi ilə bağlı verdiyi mesajlar fonunda dollar digər valyutalar qarşısında kəskin bahalaşdı. Dollar indeksi xəbər açıqlanandan öncə 104.68 səviyyəsində olsada, hal-hazırda 105.57 səviyyəsində qərarlaşıb.
Ekspertlərin əksəriyyəti FED-in faiz dərəcəsini artırmayacağını proqnoz etsələr də, bəziləri il sonuna qədər baş tutacaq növbəti toplantılarda göstəricinin 5.5-5.75% səviyyəsinə qədər artırılacağını ehtimal edirlər.
Həmçinin dünən Böyük Britaniyadan açıqlanan statistik məlumatlar funtun avro və dollar qarşısında mövqelərini möhkəmləndirməsinə dəstək oldu. İstehlak Qiymətləri İndeksi illik və aylıq ifadədə proqnozların altında, - 7% və 0.7% proqnoz olunduğu halda, - 6.7% və 0.3% səviyyəsində açıqlandı. İstehsal Qiymətləri İndeksi isə 0.2% səviyyəsində dərc olunacağı proqnozlaşdırılsa da, göstərici 0.4% səviyyəsində qədər artıb.
Almaniyada İstehsalçı Qiymətləri İndeksi bir öncəki ay ilə müqayisədə -1.1%-dən 0.3%-ə qədər artdı.
Bugün Türkiyə, İngiltərə və İsveçrə Mərkəzi Banklarının fazi dərəcələri ilə bağlı açıqlamaları investorların diqqət mərkəzində olan əsas xəbərlərdir. Həmçinin ABŞ-dan işsizlik müavinətı üzrə ərizələrin sayı və təkrar mənzil bazarında satışlarla bağlı göstəricilər də birjalarda volatilliyə səbəb ola biləcək hadisələrdir.
Bakı vaxtı ilə saat 18:00-da AMB-nın sədri Kristin Laqardın çıxışı baş tutacaq.
Məlumat İnvest-AZ İnvestisiya şirkətinin əməkdaşları tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
2 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)













.jpg)





