"BOA Agency" yarımillik gəlir və xalis mənfəətini açıqladı
Kredit borcların qaytarılması üzrə xidmətlər göstərən "BOA Agency" Açıq Səhmdar Cəmiyyəti 2023-cü ilin ilk 6 ayını 819 min manat xalis mənfəət ilə başa vurub.
Marja.az xəbər verir ki, 2023-cü ilin yanvar-iyun dövründə "BOA Agency" şirkətinin əsas əməliyyat gəlirləri 3 milyon 303 min manat, sair əməliyyat gəlirləri 40 min manat təşkil edib.
30 İyun 2023-cü il tarixində 179 nəfər işçiyə malik olmuş "BOA Agency"nin işçi heyəti üzrə xərcləri 981 min manat təşkil edib.
30 İyun 2023-cü il tarixində "BOA Agency" ASC 12 milyon 663 min manat təşkil edib.
"BOA Agency" ASC-nin səmdarları Yadulla Yusifov (50%) və Rüstəm Hacıyevdir (50%).
"BOA Agency" ASC 2020-ci ildə 321 min manat, 2021-ci ili 471 min manat, 2022-ci ili 1 milyon 20 min manat xalis mənfəət ilə başa vurmuşdu. Ötən il "BOA Agency"nın cəmi aktivləri də 2 dəfədən çox artaraq 9 milyon 908 min manata çatmışdı.
“BOA Agentliyi” MMC 2011-ci ildə yaradılıb. Şirkətin əsas fəaliyyət istiqaməti bütün növ aktivlərin, passivlərin və eləcə də kredit borcların qaytarılması üzrə tam xidmət kompleksinin təşkilidir. "BOA Agency" əsasən kredit müqavilələri və digər əsaslar ilə yaranmış, qanunu qüvvəsini almış müvafiq tələb hüquqlarına mülkiyyət hüququnu əldə edərək onların həyata keçirilməsi sahəsində fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 3 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
9 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
9 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
9 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib







.jpg)










.jpg)


