“Fitch Ratings" bir sıra qeyri-dəqiq, mübahisəli rəqəmlər, proqnozlar verib"
"Agentliklər ölkəmizin kredit reytinqi məsələsinə xəsislik nümayiş etdirirlər"Maliyyə Nazirliyi bu ilin iyun ayında "Standard and Poor’s" ("S&P") beynəlxalq kredit reytinq agentliyinin təsdiq etdiyi reytinq üzrə proqnoz göstəricisi ilə müqayisədə “Fitch Ratings" beynəlxalq reytinq agentliyinin ötən gün dərc etdiyi hesabatda ölkənin uzunmüddətli yerli və xarici valyutada reytinqinin “BB+” səviyyəsində, reytinq üzrə proqnozun isə “pozitiv” təsdiq etməsini müsbət hal kimi qiymətləndirir. Baxmayaraq ki, Nazirlik daha əvvəl bəyan etdiyi kimi, hər iki agentliyin ölkəmizin kredit reytinqi məsələsinə xəsislik nümayiş etdirdiyi fikrində qalır.
Bu barədə Maliyyə Nazirliyindən bildirilib.
“Fitch Ratings"in hesabatında bir sıra qeyri-dəqiq və mübahisəli rəqəmlər, proqnozlar verilib, eləcə də Azərbaycan tərəfindən qəbul edilməyən qiymətləndirmələr aparılıb”, - deyə açıqlamada qeyd olunub.
Nazirlik reytinq işinin müstəqilliyinə və obyektivliyinə hər hansı xələl gətirmədən hesabatda əks olunan məlumat və qiymətləndirmələrə dair Azərbaycanın aidiyyəti dövlət orqanlarının şərhlərinin də agentlik nümayəndələri tərəfindən əldə olunmasını və istifadə edilməsini zəruri və faydalı hesab edir.
© “Report”
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 39 d. əvvəl
-
- 52 d. əvvəl
-
2 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























