İsveç təhsildə kağız kitablara və əl yazısına qayıdır
İsveç şagirdlərinin oxuma və yazma bacarıqlarının zəiflədiyini əsas gətirərək təhsildə ənənəvi vasitələrə qayıdır.İsveçdə təhsil Avropa ortalamasından yüksəkdir. Bununla belə, 2016 və 2021-ci illər arasında uşaqların oxuma və yazma bacarıqlarının azaldığı aşkar edilmişdir. Şagirdlər 2021-ci ildə imtahandan 544 bal toplayıblar. 2016-cı ildə isə onların orta göstəricisi 555 olmuşdu.
Marja.az xəbər verir ki, İsveçin məktəblərdən məsul naziri Lotta Edholm təhsildə həddindən artıq rəqəmsallaşmanın uşaqların oxuma və yazma bacarıqlarını aşağı saldığı deyib.
Keçən ay məktəbə qayıdan uşaqlar üçün yenidən ənənəvi təhsil-tədris metodlarına qayıtmaq təcrübəsinə başlanıb. Müəllimlər uşaqları rəqəmsal ekranlar əvəzinə çap olunmuş kitablara, səssiz oxu saatlarına və əl yazısı məşqinə yönəldirlər. Nazirlik 6 yaşadək uşaqlar üçün rəqəmsal təhsili tamamilə dayandırmağı planlaşdırır.
İsveç 15 il əvvəl müasir təhsil metodlarına keçib. Şagirdlərə izah edilənləri dəftərdə yazmaq əvəzinə planşetlərdə qeydlər aparmağı öyrədiblər.
Təhsil ekspertləri razılaşırlar ki, dərslər zamanı ekranlardan həddindən artıq istifadə gənclərin əsas fənlərdən geri qalmasına səbəb ola bilər.
İsveç hökuməti bu il məktəblərə kitab almaq üçün 685 milyon kron ayıracaq. Dərsliklərin geri qaytarılmasını sürətləndirmək üçün 2024 və 2025-ci illərdə hər il əlavə 500 milyon kron xərclənəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
15 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 19 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























