Nazir Məcnun Məmmədov Səmərqənddə ərzaq təhlükəsizliyi üzrə beynəlxalq konfrasda iştirak edib
Özbəkistanın Səmərqənd şəhərində ərzaq təhlükəsizliyi üzrə beynəlxalq konfrans keçirilib. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) texniki dəstəyi, Özbəkistan hökumətinin təşkilatçılığı ilə keçirilən bu mötəbər beynəlxalq tədbirdə 30-dan çox ölkənin rəsmiləri, nüfuzlu beynəlxalq təşkilatların rəhbər şəxsləri, elmi-tədqiqat müəssisələrinin mütəxəssisləri və ekspertlər iştirak edib. Azərbaycanı beynəlxalq tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov təmsil edib.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda bildirilir.
Plenar iclasda çıxış edən Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, dayanıqlı aqrar qida sistemlərinin yaradılmasında kənd təsərrüfatının rəqəmsallaşdırılması, eləcə də qabaqcıl texnologiyalar və ən yaxşı təcrübələrin tətbiqi mühüm əhəmiyyət kəsb edir. Nazir Məcnun Məmmədov əhalisinin sayı daim artan dünyada ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün aqro-ərzaq sistemlərinin transformasiyasının vacib olduğunu diqqətə çatdırıb.
Azərbaycan hökumətinin kənd təsərrüfatında rəqəmsallaşmaya xüsusi önəm verdiyini deyən nazir Məcnun Məmmədov əlavə edib ki, torpaqlarımız işğaldan azad edildikdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qarabağ bölgəsini yaşıl enerji zonası elan edib. Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması, bu ərazilərdə gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması istiqamətində genişmiqyaslı tədbirlər uğurla həyata keçirilir. Qeyd olunub ki, bu ərazilərdə kənd təsərrüfatı ən yaxşı texnologiya və təcrübələri özündə ehtiva edən ağıllı kənd konsepsiyasına əsasən inkişaf etdiriləcək. Bu hədəf FAO-nun müxtəlif ölkələrdə kəndlərin rəqəmsallaşma yolu ilə gələcəkdə “ağıllı kənd”ə çevrilməsi planına uyğun gəldiyindən Azərbaycan bu istiqamətdə sıx əməkdaşlığa hazırdır. Bununla yanaşı, digər strateji təşəbbüslərə qoşulan Azərbaycan beynəlxalq platformalarda da effektli əməkdaşlığı dəstəkləyir.
Konfransda ərzaq təhlükəsiziliyinin, kənd təsərrüfatının dayanaqlı inkişafının təmin edilməsi ilə bərabər ətraf mühitin, eləcə də torpaq və su resurslarının qorunması, innovasiyaların kənd təsərrüfatının müxtəlif sahələrinə tətbiqi məsələsinin müasir dövrün ən aktual çağırışlarından olduğu vurğulanıb.
Konfrans işini mövzu ətrafında panel sessiyalarla davam etdirib.
Tədbir iştirakçıları “Özbəkistan aqro-ərzaq investisiya forumu”nda iştirak edib, “Özbəkistanın aqro-ərzaq potensialı” sərgisinə baş çəkib, sərgidə nümayiş olunan kənd təsərrüfatı texnikaları, qida sənayesinin müxtəlif sahələri üçün avadanlıqlar, qida məhsulları, istehsalın avtomatlaşdırılması üçün həll variantları, qablaşdırma materialları və digər məhsullara baxış keçiriblər.
Səfər çərçivəsində kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qətərin Bələdiyyə və Ətraf Mühit naziri Abdullah bin Abdulaziz bin Turki Al-Subaie ilə görüşüb. Görüşdə Azərbaycan və Qətər arasında aqrar sahədə əməkdaşlıq, kənd təsərrüfatı sahəsində ticarət dövriyyəsinin artırılması, “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun yenilənməsi, bu ilin oktyabr ayında Qətərdə keçiriləcək bağçılıqla bağlı sərginin əhəmiyyəti və Azərbaycanın bu sərgidə iştirakı məsələləri müzakirə olunub.
Eyni zamanda, nazir Məcnun Məmmədov və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) ixtisaslaşmış qurumu olan Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının (IOFS) baş direktoru Yerlan Baidaulet arasında görüş keçirilib. Tərəflər regional qida təhlükəsizliyinin təmin edilməsi məsələsini müzakirə ediblər, bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi istiqamətində imkanlar nəzərdən keçirilib.
Səfər çərçivəsində Nazir Məcnun Məmmədovla Qırğız Respublikasının kənd təsərrüfatı naziri Askarbek Canibekovla ikitərəfli görüş baş tutub. Görüşdə iki ölkə arasında kənd təsərrüfatı, xüsusilə heyvandarlıq, toxumçuluq sahələrində gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Qırğız tərəfi rəqəmsallaşma, “in-vitro” laboratoriyası sahələrində Azərbaycan təcrübəsinin öyrənilməsində maraqlı olduqlarını qeyd edib və bununla bağlı qarşılıqlı razılıq əldə olunub.
Səfər çərçivəsində tədbir iştirakçılarının Səmərqənddə kənd təsərrüfatı obyektləri və sahələrə baxış keçirməsi nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
3 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
4 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
4 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
4 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Ən çox oxunanlar
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar













.jpg)



.jpg)



