Azərbaycanın qeyri-neft sektoru üzrə ixracının məbləği açıqlandı
“İxrac icmalı”nın sentyabr sayının ilkin rəqəmləri açıqlanıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hazırladığı “İxrac icmalı”nın sentyabr sayına əsasən, 2023-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycanın ümumi ixracı 24,4 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,6% artaraq 2,2 milyard ABŞ dolları təşkil edib.
2023-cü ilin yanvar-avqust ayları ərzində yeyinti məhsulları üzrə ixrac 571,4 milyon ABŞ dollarına bərabər olub.
Cari ilin ilk 8 ayı ərzində elektrik enerjisi 3,9 dəfə, spirtli və spirtsiz içkilərin ixracı 3,8 dəfə, qara metal məmulatlarının ixracı 36,6%, şəkər ixracı 17,9%, meyvə-tərəvəz ixracı isə 7,4% artıb.
2023-cü ilin yanvar-avqust ayları ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 10,4% artaraq 593,9 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft/qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,8% artaraq 132,6 milyon ABŞ dolları təşkil edib.
Cari ilin avqust ayının qeyri-neft ixracı 203,6 milyon ABŞ dolları olub. Bunun da 51,4 milyon ABŞ dollarını (10,3% artım) yeyinti məhsulları üzrə ixrac, 152,2 milyon ABŞ dollarını isə qeyri-yeyinti məhsulları üzrə ixrac təşkil edib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
3 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
-
3 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
3 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 3 saat əvvəl
-
3 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
4 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 4 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
