Aqrar Xidmətlər Agentliyində nöqsanlar aşkarlayıb
Hesablama Palatası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində dövlət əmlakının idarəedilməsində nöqsanlar müəyyən edib.
Bu barədə Hesablama Palatasının auditinin nəticələrinə dair hesabatda deyilir.
Bildirilir ki, Aqrar Xidmətlər Agentliyinin tabelində olan rayon (şəhər) baytarlıq idarələrinin 2021-ci ilin son aylarından həmin Agentliyin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinə birləşdirilməsinə baxmayaraq 66 regional baytarlıq və Dəmiryol Baytarlıq idarələrinin 2021-ci ilin əvvəlinə balansında qalmış 17,7 milyon manat dəyərində aktivlərin, eləcə də dəyəri 1,9 milyon manata bərabər olan müvafiq əmlakların auditin keçirildiyi müddətin sonunadək aidiyyəti üzrə təhvil verilməsi təmin edilməyib.
Eyni zamanda audit zamanı Agentlik tərəfindən dövlət büdcəsinə qaytarılmaq şərtilə istifadə olunmasına razılıq verilmiş vəsaitlərin qaytarılmasının təmin edilmədiyi aşkarlanıb. Belə ki, “İkinci Kənd Təsərrüfatının İnkişafı və Kreditləşdirilməsi” layihəsinin revolver fondunda sərbəst qalan vəsaitin sonradan dövlət büdcəsinə qaytarılmaq şərtilə istifadə olunmasına Azərbaycan Respublikası Nazirlər Kabinetinin etiraz etmədiyinə dair müvafiq dərkənarına əsasən açılmış maliyyələşmə hesabına xərclənmiş 2,7 milyon manat məbləğində vəsaitin müvafiq (dövlət) büdcə hesabatlılığında əks etdirilməsi, eyni zamanda qaytarılması, eləcə də qaytarılmaq şərtilə maliyyələşdirilmiş həmin vəsaitin maliyyə (mühasibat) hesabatlarında göstərilməsi təmin edilməyib.
Hesablama Palatasının Agentlikdə apardığı auditin nəticələrinə dair açıqladığı məlumatda həmçinin Epizootiya əleyhinə profilaktik və diaqnostik Tədbirlər Planlarının icrasında problemlərin mövcud olduğu deyilir.
Qeyd edilir ki, auditin nəticələrinə əsasən təsərrüfatlardakı heyvanların identikləşdirilməsi ilə bağlı zəruri tədbirlərin həyata keçirilməməsi ölkə üzrə heyvanların statistik say göstəricilərinin bir o qədər də etibarlı olmadığını göstərməklə yanaşı, xəstəliklərin xüsusiyyətləri və arealı üzrə mümkün coğrafi (region və ya regionlar) məhdudiyyətlər bir qayda olaraq nəzərə alınmadan illik dövriliklə təsdiq olunan epizootiya əleyhinə profilaktik və diaqnostik Tədbirlər Planlarının əsaslandırılması səviyyəsinin də aşağı olduğunu deməyə əsas verir. Tədbirlər Planlarının icrasının real təşkili üçün regional strukturlar üzrə aylıq, rüblük hədəf göstəricilərinin müəyyənləşdirilməməsi, faktiki vaksinləşmənin istər elektron kənd təsərrüfatı informasiya sistemi, istərsə də hər-hansı digər əlaqəli proqram təminatı üzərindən elektronlaşdırılmasının təmin olunmaması bu sahədə problemlərin mövcudluğunu şərtləndirib. Epizootiya əleyhinə 2022-ci ilin Tədbirlər Planı çərçivəsində iribuynuzlu və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı vaksinasiya tədbirləri nəticəsində heyvanlarda yaranmış immunitetin ümumi səviyyəsinin müəyyən edilməsi məqsədilə sentyabr-oktyabr aylarında təsadüfi seçmə üsulu ilə 30 şəhər və rayonda fəaliyyət göstərən fərdi təsərrüfatlarda keçirilmiş seroloji monitorinqlərin nəticələri onu deməyə əsas veriи ki, vaksinləşmə prosesinin yerinə yetirilməsi istiqamətində xərclənmiş vəsaitlərin səmərəlilik (nəticəlilik) səviyyəsi aşağı olub.
Audit yoxlaması nəticəsində Palata xüsusi təhlükəli xəstəliklərə qarşı baytarlıq preparatlarının uçotunda uyğunsuzluqlara rast gəlib. Belə ki, xüsusi təhlükəli xəstəliklərə qarşı baytarlıq preparatlarının ehtiyat həddləri düzgün müəyyən edilməmiş, ehtiyatların uçotu intizamsız şəkildə aparılmaqla vaksinlərin əsasən faktiki sərfiyyata uyğun deyil, regional baytarlıq idarələrinə təhvil-təslim olunduğu zaman (yəni, faktiki sərf olunmadan) uçotdan silinməsinə yol verilmiş, maliyyə uçotunda əks etdirilmədiyi halda, auditin gedişatında regional baytarlıq idarələrində faktiki olaraq 1,4 milyon manat dəyərində istifadə edilməmiş vaksin qalığının mövcudluğu aşkar edilib.
Zəruri ilkin rəsmiləşdirmə aparılmadan, o cümlədən torpaq sahəsinin mülkiyyət (və ya istifadə) mənsubiyyəti, dəqiq ünvanı əks etdirilmədən, torpaq və ya təsərrüfat sahibinin və ya istifadəçisinin (fermerin) imzası ilə təsdiqlənmiş hər-hansı sənəd əlavə edilmədən, sifarişli əsaslar üzrə ikitərəfli (qarşılqılı) münasibətlərin şərtlərini tənzimləyən hər-hansı təsdiqedici sənəd olmadan (debitor və kreditor dövriyyələr və borclar üzrə uçot aparılmadan) yalnız birtərəfli qaydada aktlar tərtib edilərək (bəzi hallarda regional icra hakimiyyətlərinin və ya bələdiyyələrin nümayəndələri qeyd olunaraq formal təsdiqlənməklə) müxtəlif məzmunlu tədbirlərin icrası kimi ümumilikdə 2,1 milyon manat dəyərində pestisidlərin, dezinfeksiya və dezinseksiya məhlullarının uçotdan silinməsinə yol veriliи ki, bu da eyni zamanda büdcədənkənar daxilolma potensialının tam rəsmiləşdirilməməsi risklərinin yüksək olduğunu deməyə əsas verib.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
12 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
13 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 13 saat əvvəl
-
14 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 15 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı












.jpg)








.jpg)
