Özbəkistanda iki ödəniş xidməti beynəlxalq köçürmələri dayandırıb
Özbəkistanın iki ən böyük ödəniş xidməti beynəlxalq köçürmələri dayandırıbÖzbəkistanın iki ən böyük ödəniş xidməti olan "Oson" və "Pay Way" sentyabrın 5-dən etibarən xarici pul köçürmələri xidmətlərini dayandırıb.
Marja.az xəbər verir ki, bu barədə xidmətlərin mətbuat xidmətləri məlumat yayıb.
"Tətbiq bütün beynəlxalq istiqamətlərdə, o cümlədən Rusiyadan və Rusiyaya köçürmələri müvəqqəti olaraq dayandıracaq. Özbəkistan Mərkəzi Bankı bu istiqamətləri müvəqqəti olaraq xidməti dayandırmaq barədə göstəriş verib", - "Pay Way"in məlumatında deyilir.
Mətbuat xidmətindən verilən məlumata görə, tətbiqdə ölkədaxili ödənişlər, yerli Uzcard və Humo pul köçürmə sistemləri arasında köçürmələr, o cümlədən kommunal və rabitə xidmətlərinin ödənişi hələ də fəaliyyət göstərir.
"Sentyabrın 5-dən etibarən beynəlxalq köçürmələr və xarici xidmətlər üçün ödənişlər müvəqqəti dayandırılacaq. Yaranmış narahatlığa görə üzr istəyirik. Xidmətlər yaxın vaxtlarda bərpa olunacaq", - "Oson" bildirir.
Özbəkistan Mərkəzi Bankı hələlik bu vəziyyəti şərh etməyib. Avqustun sonunda tənzimləyici bildirmişdi ki, ödəniş əməliyyatları həyata keçirərkən cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunu pozduğuna görə "Brio Group" MMC-ni (Oson brendi) cərimələnib.
Özbəkistanda əsasən Rusiyadan gələn pul köçürmələri əmək miqrantlarının ailələri üçün mühüm gəlir mənbəyi olaraq qalır. Mərkəzi Bankın məlumatına görə, 2023-cü ilin yanvar-iyun aylarında Özbəkistana transsərhəd pul köçürmələrinin həcmi 21,2% azalaraq 5,2 milyard dollar təşkil edib, bu həcmin 80%-ə qədəri Rusiya Federasiyasından edilən köçürmələrin payına düşüb.
Hazırda respublikada 52 ödəniş sistemi qeydiyyatdan keçib, onlardan ən böyüyü "Oson" və "Pay Way"dir. Xarici ödəniş sistemləri Western Union və MoneyGram Rusiya bazarını tərk etdikdən sonra Özbəkistan xidmətləri əmək miqrantlarından vətənlərinə pul köçürmələri üçün əsas kanallardan birinə çevrilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
5 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
6 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
6 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 7 saat əvvəl
-
7 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
Ən çox oxunanlar
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir





















