38 KOB müraciət edib, 6-sına dəstək göstərilib
KOB subyektlərinin satış imkanlarının genişləndirilməsinə dəstək davam edirKiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təmin edilən KOB-ların satış imkanlarının genişləndirilməsinə dəstək mexanizmlərindən 2023-cü ilin yanvar-iyun aylarında 50-yə yaxın mikro, kiçik və orta sahibkarlıq subyekti yararlanıb.
KOBİA-nın yaydığı məlumatda bildirilir ki, sərgilərdə iştiraka dəstəkdən istifadə etmək üçün bu dövrdə KOB subyektlərindən Agentliyə 121 müraciət daxil olub. Onlardan müvafiq tələblərə cavab verən 38 KOB subyektinin Azərbaycanda və xarici ölkələrdə keçirilən 4 sərgidə (3-ü ölkədə, 1-i xaricdə olmaqla) ödənişsiz iştirakı təmin edilib.
Ölkəmizdə və xaricdə KOBİA-nın dəstəyi və təşkilatçılığı ilə keçirilən ixtisaslaşmış sərgi və yarmarkalarda iştirak edərək məhsul və xidmətlərini tanıtmaq və satış imkanlarını genişləndirmək istəyən KOB subyektləri müvafiq müraciət formasını doldurmaqla elektron qaydada KOBİA-ya müraciət edə bilərlər. Ətraflı: https://bit.ly/3KA0f1N
Cari ilin yanvar-iyun aylarında ticarət şəbəkələrinə çıxışa dövlət dəstəyi mexanizmindən yararlanmaq üçün Agentliyə KOB subyektlərindən 38 müraciət daxil olub ki, onlardan müvafiq qaydalara uyğun olan 6 KOB-a dəstək göstərilib. Bu dövrdə ticarət şəbəkələrinə çıxışa dəstək mexanizmi üzrə satış yerlərinin sayı artırılaraq 6-ya çatdırılıb. Mikro və kiçik sahibkarlıq subyektləri güzəştli şərtlərlə məhsullarının "Bravo" hipermarket, "Bolmart" supermarket, "Bizim market", "Şərq bazarı" Ticarət Mərkəzi və digər ticarət şəbəkələrində satışının təşkil olunması üçün KOBİA-ya müraciət edə bilərlər. Ətraflı məlumat üçün: https://bit.ly/3OOjF5F
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır

















.jpg)






