Birjalarda son vəziyyət
Ötən həftənin cümə günü ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Jerome Pavelin “Jackson Hole” İqtisadi Siyasət Simpoziumunda etdiyi çıxışı fonunda ötən həftəni artımla tamamlayan dollar indeksi, həftənin ilk ticarət günündə geriləyib.
Analitiklər, Pavelin məlumatlara sadiq qalınacağını vurğulamasının investorları FED-in atacağı növbəti addımları ilə bağlı qərarsız buraxdığını qeyd edərək, FED-in iqtisadiyyatda artıq resessiya gözləmədiyini də xatırladıblar.
Qeyd edək ki, analitiklər FED-in faiz dərəcələrini indiki 5.25%-5.50% aralığında saxlayacağını proqnozlaşdırmaqda davam edir. İnvestorlar noyabr ayında yeni faiz artımı ehtimalını 43%, FED-in sentyabr iclasında faiz artımına fasilə verəcəyi ehtimalını isə 80% olaraq qiymətləndirirlər.
Bu həftə ABŞ-da intensiv makroiqtisadi məlumatların gündəminin investorların diqqət mərkəzində olacaq.
Cari həftə ərzində açıqlanacaq əmək bazarına dair məlumatlarının əhəmiyyətinə işarə edən analitiklər, qeyri-kənd təsərrüfatı sektorunda yeni yaranan iş yerlərin sayına (NFP) dair göstəricilərin bazarların istiqamətinə ciddi təsir göstəəcəyini vurğulayırlar.
ABŞ-da NFP-nin iqtisadiyyatdakı bir qədər yavaşlama səbəbiylə ötən aykı 185 minlik gösətəricidən 170 minə düşəcəyi proqnozlaşdırılır.
Bu ehtimallar fonunda dollar indeksi cari ticarət həftəsinin ilk günü geriləyərək 103.95 hədiinə düşüb. Qeyri-kənd təsərrüfatı sektorunda yeni yaranan iş yerlərin sayı ABŞ iqtisadiyyatında soyuma ehtimallarına uyğun olaraq geriləmə ilə proqnozlaşdırılsa da, çərşənbə günü açıqlanacaq məşğulluq üçün aparıcı göstərici hesab olunan ADP (Özəl Sektorda Yeni Yaranan İş Yerlərinin Sayı) valyuta birjalarında ciddi volatilliyə səbəb ola bilər. Ancaq eyni gün dərc olunacaq ÜDM, ABŞ iqtisadiyyatının dayanaqlılığı ilə bağlı ciddi ipucları verəcək. Və bu göstərici birjaların diqqət mərkəzində yer alan ən önəmli məlumatlardan biridir.
Bundan əlavə, bu həftə ABŞ-da şəxsi gəlir və xərclərə dair statistik məlumatlar da investorların gündəmində yer alacaq.
Bugün isə Amerikada açıqlanacaq “Conference Board” İstehlakçıların İnam İndeksi və “JOLTS” Vakant İş Yerləri Hesabatı DXY-ın qiymətinə ciddi təsir edə bilər.
Ötən həftəni 1914$-da tamamlayan qızılın bir unsiya üzrə dəyəri bu həftəyə artımla başlayıb. Hazırda 1924$-dan təklif olunan qiymətli metalın qiyməti 1921$-ın üzərində möhkəmlənə bilsə, artım tendensiyası davam edə bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
3 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)

















