"Marriott International" və "PASHA Development" arasında "The Ritz-Carlton Residences Baku" ilə əlaqədar müqavilə imzalandı
The Ritz-Carlton Residences Baku şəhərdəki ilk brend rezidensiyası olacaq. Mənzil sahibləri bir sıra xidmətlərdən imtiyazlı istifadə imkanı əldə edəcəklər.(®) Bu gün Azərbaycanın aparıcı daşınmaz əmlak qurucusu və PAŞA Holdinqin törəmə şirkəti olan PAŞA Development The Ritz-Carlton Residences kompleksinin Bakıya gətirilməsi üçün Marriott International ilə idarəetmə müqaviləsi imzaladığını elan edib. Şəhərin ilk brend rezidensiyası olaraq, The Residences kompleksi öz sahiblərinə bir sıra inklüziv imtiyazdan, əlavə ödənişli hotel xidmətlərindən və The Ritz-Carlton-un əfsanəvi servisindən istifadə etməyə imkan verəcək.
The Ritz-Carlton Residences Baku şəhərin daim aktiv ərazilərindən biri sayılan Nəsimi rayonunda 31 mərtəbəli görkəmli bir binada yerləşir. Binanın 14 mərtəbəsi brendin ölkədəki ilk hoteli olan The Ritz-Carlton Baku-ya ev sahibliyi edir. Bu məkan sakinlərə canlı şəhər həyatı və eksklüziv yaşayış mühiti arasında mükəmməl balans yaradaraq, Bakı şəhərinin mərkəzinə və Heydər Əliyev Beynəlxalq Hava Limanına rahat çıxış təmin edir. The Ritz-Carlton Residences Baku kompleksi əfsanəvi memar Zaha Hadid tərəfindən layihələndirilmiş, şəhərin müasir memarlıq rəmzi olan Heydər Əliyev Mərkəzinin tam qarşısındadır.
The Ritz-Carlton Residences, Baku 79 mənzildən ibarətdir. Gözqamaşdıran penthauslar və 1-4 yataq otaqlı mənzillərin hər biri özünəməxsus dizayn və mənzərələri ilə seçilir. The Ritz-Carlton Baku hotel kompleksinə birbaşa çıxış əldə etməklə, mənzil sahibləri 2 restoran, rooftop bar və açıq havada terras, toplantı və tədbirlər üçün dünya səviyyəli zallar, qapalı hovuzları olan 24/7 Fitnes Mərkəzi, sauna, buxar otağı və türk hamamından ibarət The Ritz-Carlton imzalı Spa mərkəzi, The Ritz-Carlton Club və eksklüziv Residents’ Lounge-dan istifadə etmək imtiyazına malik olacaqlar.
PAŞA Development şirkətinin baş icraçı direktoru Rəşad Əliyev bildirib: "The Ritz-Carlton Residences kompleksini Bakıya gətirmək məqsədilə Marriott International ilə aramızdakı razılaşmanı elan etməkdən məmnunluq hissi duyuruq. Hər iki tərəf The Ritz-Carlton qonaqpərvərliyinin qızıl standartını əsas götürərək, sakinlərə tam fərqli bir həyat tərzi təklif etmək öhdəliyini paylaşır. The Ritz-Carlton Residences Baku PAŞA Development şirkətinin sürətlə inkişaf edən, şəhərin bir çox ikonik ünvanlarını əhatə edən əmlak portfelinə əlavə olunacaq və Bakıda dəbdəbəli həyat tərzinin yeni meyarı olacaq”.
The Residences öz sakinlərində zəriflik hissi yaratmaqla yanaşı, The Ritz-Carlton brendinə məxsus detallarla yaxından tanış olmaq imkanı təqdim edəcək. Binanın heyrətamiz yelkənvari memarlığı, Kristina Zanic Consultants şirkəti tərəfindən xüsusi hazırlanmış dizayn konsepsiyasını tamamlamaqdadır. Bu konsepsiya Bakının tarixi, mədəniyyəti, dil və dininin rəngarəng təsirlərindən ilhamlanaraq, “zəngin irsə sahib bir şəhəri” vəsf edir.
Marriott İnternational şirkətinin Şərqi Avropa üzrə vitse-prezidenti Pankaj Birla belə qeyd edib: “Biz məşhur hotel ilə birlikdə, The Ritz-Carlton Residences, Baku-nu şəhərə təqdim etməkdən məmnunluq hissi duyuruq. Dünyanın hər bir yerindəki Ritz-Carlton gündəlik bir təcrübəni özündə cəmləşdirir. Bununla da, The Ritz-Carlton Residences Baku dünya miqyasında bütün vətəndaşların, miras qurucuları və həyat tərzi bilicilərinin həyatdan gözləntilərini əks etdirir.
Cari ilin IV rübündə istifadəyə verilməsi nəzərdə tutulan "The Ritz-Carlton Residences Baku" “daima burada yaşa” sloqanı ilə mənzil sahiblərinə bir sıra əlavə xidmətlərdən yararlanmaq imkanı verəcək. Bunlara, dünyanın hər yerindəki The Ritz-Carlton və Marriott şəbəkələri tərəfindən təklif olunan ən yüksək xidmətlərə VIP giriş, konsyerj xidmətləri, Marriott Bonvoy Proqramında elit status və digərləri daxildir. Bundan əlavə, rezidensiya sahibləri PAŞA Holdinq portfelinin müxtəlif məkanlarına imtiyazlar verən PAŞA Elite Club-a çıxış əldə edəcəklər.
Əlavə məlumat üçün, https://www.rcresidencesbaku.com/az/ saytına daxil olun.
Qeyd: The Ritz-Carlton Residences Baku The Ritz-Carlton Hotel Company MMC və ya ona bağlı şirkətlərə (“Ritz-Carlton”) məxsus deyil, həmin şirkətlər tərəfindən dəyişdirilmir və ya satılmır. Yelken Operating Company MMC Ritz-Carlton lisenziyasına əsasən The Ritz-Carlton markalarından istifadə edir, lakin bu lisenziya burada qeyd edilən hər hansı bir bəyanatın və ya təsvirin doğruluğunu təsdiqləmir.
PASHA Development haqqında
The Ritz-Carlton Residences Baku layihəsi PAŞA Development portfelinin bir hissəsidir. 2012-ci ildə Azərbaycanın ən böyük holdinqi olan PAŞA Holdinq MMC-nin törəmə müəssisəsi kimi yaradılmış PAŞA Development daşınmaz əmlak aktivlərinin alınması, inkişafı və idarə olunması ilə məşğuldur. Özünü doğrultmuş təcrübəsi və mükafatlandırılmış portfeli ilə şirkət Azərbaycanın aparıcı əmlak qurucularından biri hesab olunur.
ƏLAQƏ MƏLUMATLARI
Slavica Milic
Marketinq üzrə Direktor, PAŞA Development
https://www.rcresidencesbaku.com/az/
https://www.facebook.com/theresidencesbaku
https://instagram.com/theresidencesbaku?igshid=MzRlODBiNWFlZA==
https://www.linkedin.com/company/theresidencesbaku/
Əlaqə nömrəsi: +994512013232
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
"Azərbaycan Dəmir Yolları"da 6 milyard 263 milyon manatlıq defisit - ÖTƏN İL ZƏRƏRİ 18 DƏFƏ ARTIB
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
-
11 saat əvvəl
Dövlət şirkəti istiqraz buraxılışı yolu ilə 30 milyon dollar borc alır
- 11 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dövlət Vergi Xidmətinin rəisinə 2 yeni müşavir təyin edilib
Elektron siqaretlərin idxalı və satışı ilə məşğul olan şirkətlər ciddi narahatdırlar – “DAHA UZUN ZAMANA EHTİYACIMIZ VAR”
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Vergi nəzarətində yeni mərhələyə keçid planlaşdırılır - elektron audit tədbirinin ləğvi nəzərdə tutulur
Ən çox oxunanlar
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
1 ton Azərbaycan narının ixracından gəlir 100 dollar artıb
Bakı metrosunun reklam gəlirləri açıqlanıb
"KƏPƏZ BOKT"ın istiqrazlarına 55 investor 55 sifariş təqdim edib, emissiya tam məbləğdə yerləşdirilib
11 ayda Azərbaycana 108 milyon dollara yaxın gəlir gətirən məhsul













.jpg)







.jpg)


