Üzümün yetişməsi yubanacaq
Şimal regionunda üzümçülüyün daha çox inkişaf etdiyi Şabran rayonunda təsərrüfatçılar məhsul yığımına hazırlaşırlar.
Təsərrüfatçılar 20-25 gündən sonra üzüm bağlarından ilk məhsulun toplanmasına başlayacaqlar. Hazırda sahələrə son suvarma suyu verilir, aqrotexniki işlər görülür.
Təsərrüfatçılar bu il məhsuldarlığın yüksək olduğunu bildirirlər.
Şabranda daha çox ağ və qara şanı, “Ağadayı”, “Mədrəsə”, “Təbrizi” kimi yerli üzüm sortları becərilir. Son illər salınan yeni bağlarda isə texniki üzüm sortları əkilib.
Rayonun Ağbaş kəndində fərdi sahibkara məxsus 135 hektara yaxın sahədə üzümün 10-dan çox sortu becərilir. İntensiv formada qulluq olunan üzümçülük təsərrüfatında şərabçılıq üçün vacib texniki üzüm sortlarına üstünlük verilib.
Aqranom Polad Quliyev bildirir ki, ötən il üzüm yığımına avqustun 10-da başlanılıb. Bu il isə hava şəraiti ilə əlaqədar məhsulun tam yetişməsi təxminən on gün yubanacaq. Bununla belə ziyanvericilərə və xəstəliklərə qarşı vaxtında aparılan tədbirlər və aqrotexniki qulluq öz müsbət təsirini göstərib. Məhsuldarlıq yüksəkdir. Ötən il üzümçülük təsərrüfatından 700 tondan çox məhsul əldə olunub. Fermerlər bu il məhsuldarlığın bu göstəricidən daha çox olacağını proqnozlaşdırırlar.
Şabranlı fermerlər toplanan məhsulu Bakı şəhərindəki və respublikamızın digər bölgələrindəki satış mərkəzlərinə göndərirlər.
Rayonun Gəndov, Ağbaş və Dəvəçikənd inzibati ərazi dairəsinə daxil olan kəndlərində üzümçülük daha geniş yayılıb. Şabran ərazisində, ümumilikdə, 400 hektara yaxın üzüm bağı var.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 20 d. əvvəl
-
12 saat əvvəl
"Laricanini öldürdük, İran xalqına rejimi devirmək şansı verdik"
-
-
14 saat əvvəl
Mərkəzi Bank: 2025-ci ildə xam neftin orta qiyməti 68,5 dollar olub
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim edib
-
15 saat əvvəl
“AzerGold”un cari il üzrə Rəqəmsal Fəaliyyət planı təsdiq edilib
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
17 saat əvvəl
"Mayak Residence" baharın gəlişi münasibətilə reklam çarxını təqdim edib - VİDEO
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
FAB 2026-cı ilin rənglərini elan edib
Mərkəzi Bank: 2025-ci ildə xam neftin orta qiyməti 68,5 dollar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
202 nömrəli marşrutun avtobuslarının bir qismi yenilənir
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Ən çox oxunanlar
"Expressbank"ın sponsorluğu ilə "ASAN xidmət"in 3-cü “RoboCode” düşərgəsi başa çatıb
İsrailin müdafiə naziri: Əli Laricani öldürülüb
























