Çanta OFİSAİT-dən, içinin məktəb ləvazimatları vətəndaşlardan
Maddi vəziyyəti aşağı olan ailələrin məktəbli övladlarına dəstək üçün “Ofisait” çantalar ayırıb. Xeyirxah insanların alacaqları məktəb ləvazimatları bu çantalara yığılaraq müvafiq kateqoriyadan olan ailələrin məktəbli uşaqlarına çatdırılacaq."İnci Şirkətlər Qrupu"na daxil olan “Ofisait” mağazalar şəbəkəsi yeni layihəyə başlayıb.
Marja.az xəbər verir ki, həyata keçiriləcək "1 çanta, 1 təhsil" layihəsi ilə maddi imkanı aşağı olan ailələrin məktəbli övladlarına təhsil ilində dəstək göstərilməsi nəzərdə tutulur.
Belə ki, layihə çərçivəsində “Ofisait” tərəfindən ödənişsiz ayrılacaq çantalara vətəndaşların dəstək olaraq alacaqları məktəbli ləvazimatları yığılaraq imkansız ailələrə tam pulsuz təhvil veriləcəkdir. Layihə 1 ay davam edəcək. Çanta limiti yoxdur.
Ofisait mağazalar şəbəkəsinin bu addımı atmaqda əsas məqsədi maddi imkanı aşağı olan ailələrin uşaqları sevindirmək, onların təhsilə həvəsini artırmaq və ən əsası insanların da bu işdə payının olmasını şərait yaratmaqdır.
İmkanı olan və xeyriyyəçilik etməyi bacaran hər bir şəxs məktəb ləvazimatlarını alaraq çantaların doldurulmasına dəstək göstərə bilər.
Bundan əlavə layihədən yararlanmaq istəyən ailələr Ofisait.az saytına daxil olub, "qeydiyyatdan keç" düyməsini seçərək, layihədən yararlana bilərlər.
Qeyd edək ki ki, "1 Çanta, 1 Təhsil" layihəsi maddi imkanı çox aşağı olan ailələr, şəhid ailələri və çoxuşaqlı ailələr üçün keçərlidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 28 d. əvvəl
-
-
47 d. əvvəl
Azərbaycanda 129,1 milyard manatlıq istehsal - ÖTƏN İL 1,4 FAİZ ARTIB
-
1 saat əvvəl
“AzInTelecom” tərəfindən 58 mindən çox IMEI koda “klon” statusu verilib
- 2 saat əvvəl
-
10 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
- 21 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Ən çox oxunanlar
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub






















