“Araz” supermarketlər şəbəkəsi “Atma, yarat, sat!” sosial layihəsinə qoşulub”
(®) “Araz” supermarketlər şəbəkəsi özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində əhəmiyyətli sosial layihələrə dəstək göstərməkdə davam edir. Bu istiqamətdə “Araz” supermarketlər şəbəkəsi “Atma, yarat, sat!” sosial layihəsinə qoşulub.
Layihə çərçivəsində fiziki imkanları məhdud olan insanlar və Vətən müharibəsində sağlamlığını itirən yaradıcı şəxslərin əl işləri “Araz” marketlərində müştərilərə təqdim olunub və satışı həyata keçirilib.
“Təmiz Şəhər” ASC-nin təşkilatçılığı, Sosial Xidmətlər Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərxalça” ASC, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası və Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin dəstəyi ilə reallaşdırılan layihə çərçivəsində keçirilən sərgi-satış “Araz” müştəriləri tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, tullantıların düzgün idarə olunması ilə bağlı yaradıcı yanaşmalar tətbiq etməklə ətraf mühitin mühafizəsinə diqqət çəkmək geniş yayılmış təcrübələrdəndir. Layihənin məqsədi də lazımsız hesab edilən əşyaların fiziki imkanları məhdud olan yaradıcı insanların toxunuşu ilə sənət əsərinə çevrildiyini əyani şəkildə göstərmək, onların sosial vəziyyətinin yaxşılaşdırılmasına və cəmiyyətə inteqrasiyasına dəstək vermək, eləcə də tullantıların həcmini azaltmaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 8 d. əvvəl
-
-
20 d. əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
32 d. əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
42 d. əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 45 d. əvvəl
- 47 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
-
1 saat əvvəl
Daha sərfəli Nağd Kredit - AccessBank 7% endirim kampaniyasını davam etdirir
-
1 saat əvvəl
“AFB Bank”ın maliyyə vəziyyəti necədir? - BANKIN SON DURUMU MƏLUM OLDU
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dövlət bankının kredit portfelində azalma
“Avtomagistral” anlayışı dəyişir
Ən çox oxunanlar
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq























