"Dünən “Bravo” mağazalar şəbəkəsinə geyimlər göndərmişik"
Artıq valideynlər 2023-2024-cü tədris ili üçün məktəbli forması almaq niyyəti ilə mağazalara üz tutub.
Satış prosesi ilə yaxından tanış olmaq üçün məktəbli formalarının istehsal edildiyi Bakı Tikiş Evinə (BTE) yollandıq.
Məktəblərin açılmasına bir aydan çox vaxt qalmasına baxmayaraq, artıq müəssisədə alıcı sıxlığı müşahidə olunur.
BTE-nin Satış müdiri Etibar Əzimov bildirib ki, hazırda satışda və anbarda kifayət qədər məktəbli forması var: “Müəssisəmiz səhər saat 09:00-dan axşam saat 18:00-a kimi nahar fasiləsi olmadan, şənbə və bazar günləri də daxil olmaqla bütün iş saatlarında fəaliyyət göstərir. Ötən il məktəbli formalarının istehsalı ilə bağlı çox gec, mart ayında qərar verildi. Həmin vaxt formaları yalnız biz istehsal edirdik. Hazırda isə 10 satış mərkəzimiz mövcuddur. Dünən isə “Bravo” mağazalar şəbəkəsinə geyimlər göndərmişik”.
Onun sözlərinə görə, bu il məktəbli formaları üç rəngdə satışdadır: “Bizə liseylərdən də müraciət olunur. Ancaq biz bunun hesabatını aparmırıq. Əgər kimsə bəyənirsə, geyimləri bizdən alır. Məktəbli geyimləri üçün parçaları Özbəkistan, Belarus və Türkiyədən gətiririk. Özbəkistandan polo köynəklərin, Belarus və Türkiyədən isə ətək və şalvarların parçaları gətirilir”.
Şöbə müdii vurğulayıb ki, ötən il məktəbli forması satan 10 mağaza olmadığından tikiş evinin qarşısında izdiham yaşanmışdı: “Düşünürəm ki, bu il eyni problemlə qarşılaşmayacağıq”.
Tikiş evindəki müştərilərdən biri Pərvanə Nəcəfova söhbət zamanı qiymətlərdən razı olduğunu söyləyib: “Artıq iki ildir məktəbli formasını Bakı Tikiş Evindən (BTE) alıram. Geyimlər keyfiyyətlidir. Bütün istədiklərimzi tapıb ala bildik. Qiymətlər o qədər də baha deyil. Oğlum üçün bir uzun qol, bir polo köynək, bir ədəd isə şalvar almışam. Ümumilikdə geyimlərə 54 manat pul ödədim”.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin ümumi təhsil müəssisələrində vahid məktəbli geyimi tətbiq edilib. Həmin qərara əsasən, məktəblər tərəfindən 4 rəngdə geyim formasından birinin seçilməsi nəzərdə tutulub.
© "Report"
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb





.jpg)










.jpg)




