"72 faiz hallarda Rubl avqust ayında ucuzlaşıb"
Ardıcıl olaraq bir neçə ticarət sessiyasında bir dollar 100 rubl psixoloji həddinə yaxınlaşıb. Cari avqustun Rusiya valyutası üçün "ölümcül" olub-olmayacağı geniş müzakirə olunur.
Marja.az xəbər verir ki, bu gün 1 dollar yenidən 97 rublu keçib. Bu, 2022-ci ilin martından bəri ən yüksək göstəricidir. Ötən il Rusiya Ukraynaya hucum etməyə başlayan zaman dollar 120 rubla çatmışdı.
Bu il ucuzlaşma tədricən olub. İlin əvvəlindən rubl dollar və avroya nisbətdə təxminən 30 faiz dəyər itirib.
Rusiyanın ən yaxın tarixində 72 faiz hallarda rubl avqust ayında ucuzlaşıb. 1998-ci ilin defoltu da avqusta düşmüşdü. Ümumiyyətlə, avqust, siyasi və iqtisadi vəziyyətdən asılı olmayaraq, valyutaya tələbin adi haldan daha aktiv olduğu məzuniyyət ayıdır.
"Buna görə də avqustda bir dollar üçün 100 rublu görəcəyimiz ehtimalı çox yüksəkdir", - maliyyə eksperti, "Economism Telegram" kanalının müəllifi Aleksey Kriçevski deyib.
"FG Finam"ın baş investisiya məsləhətçisi Timur Niqmatullin hesab edir ki, Rusiya Mərkəzi Bankının və ya digər bazar iştirakçılarının müdaxiləsi olmasa bir dolların 100 rubl həddinə çatması ehtimalı yüksəkdir.
"İndi valyuta məzənnəsi əsasən ticarət balansı ilə müəyyən edilir və bu barədə məlumatlar gecikmə ilə açıqlanır", - "Tsifra Broker"in analitiki Daniil Bolotskiy izah edir. Avqust ayında Rusiya neft hasilatını və ixracını gündəlik 500 min barel azaltmağa razılaşıb. Bu, ölkəyə daxil olan valyutanın həcminə və nəticədə rublun məzənnəsinə mənfi təsir göstərir.
"Avqustun sonuna qədər rubla artan təzyiq davam edəcək. Lakin texniki baxımdan bir dollar üçün 97,2 rubl ən güclü müqavimət səviyyəsidir. Daha yüksək mövqe qazanmağa nail olmayana qədər, bir dollar üçün 100 rubldan danışmaq tezdir", - Bolotskiy bildirib.
Qeyd olunur ki, dolların qiyməti üçrəqəmli səviyyəni keçərsə, çaxnaşma başlaya bilər. İnsanlar yığımlarının böyük hissəsini idxal olunan malları və daha çox valyuta almağa yönəldəcəklər.
"Nə qədər ki, ölkə büdcəsi rublla formalaşacaq, hakimiyyət zəif milli valyutada maraqlı olacaq", - "Synergy" Universitetinin analitik mərkəzinin eksperti Yekaterina Fedyukoviç deyib. Onun sözlərinə görə, büdcəni doldurmaq nöqteyi-nəzərindən bir dollar üçün 120 rubl 60-70 rubldan daha məntiqlidir.
Təbii ki, istəsə, Mərkəzi Bank rublun dəyərini tənzimləyə bilər, lakin analitikin fikrincə, belə bir ehtiyac yoxdur. Ümumiyyətlə, geosiyasi reallıqlar dəyişməyincə “dolların büdrəməyə heç nəyi yoxdur”, bu da rublun ucuzlaşmasının davam edəcəyi deməkdir.
"Ola bilsin ki, enerji qiymətlərinin kəskin artması ilə geri çəkilmə baş verəcək. Bu olmadan, bir dollar üçün 100 rubl və daha çoxunu görmək ehtimalı daha realdır," -ekspertlər belə qənaətə gəlirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
- 13 d. əvvəl
-
-
40 d. əvvəl
ABŞ və İsrailin körpüyə hücumuna cavab - İran region ölkələrində yerləşən mühüm körpüləri vura bilər
-
51 d. əvvəl
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
-
1 saat əvvəl
Xalq Bankda əmanət yerləşdirin, 50 000 AZN qazanmaq şansı əldə edin!
-
1 saat əvvəl
Tramp: İranda geridə qalanları məhv etməyə hələ başlamamışıq
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycanda 2 ayda dövlət xətti ilə 22 milyon manatdan çox ipoteka krediti verilib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanda taksilərin icbari sığorta xərcləri artırılır
Xalq Bankda əmanət yerləşdirin, 50 000 AZN qazanmaq şansı əldə edin!
Azərbaycan neftinin qiyməti 140 dolları ötüb
Sea Breeze üçün daha bir vacib müqavilə imzalandı
Ən çox oxunanlar
Pezeşkian Əliyevə zəng edib
Rəsmi məzənnələr açıqlandı
Bakıya yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq
Expressbank 4 nominasiya üzrə mükafatlandırılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Unibank 5 nominasiya üzrə qalib olub
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ










.jpg)








