Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 36,5% artıb
Çindən Rusiyaya ixrac 62,54 milyard dollar təşkil edibÇin Xalq Respublikasının Baş Gömrük İdarəsinin məlumatına görə, yanvar-iyul aylarında Rusiya ilə Çin arasında ticarət dövriyyəsi illik müqayisədə 36,5% artaraq 134,1 milyard dollara çatıb.
Marja.az açıqlanan məlumatlara istinadən xəbər verir ki, Çindən Rusiya Federasiyasına ixrac yeddi ayda 73,4% artaraq təqribən 62,54 milyard dollar, Rusiyadan Çinə mal və xidmətlərinin idxalı isə 15,1% artaraq 71,55 milyard dollar təşkil edib.
Rusiyanın hesabat dövründə Çin ilə xarici ticarət balansında mənfi saldo (Çin üçün müsbət saldo) 2022-ci ilin eyni dövrü ilə müqayisədə təxminən 2,7 dəfə azalaraq 9,01 milyard dollar olub.
İyulda iki ölkə arasında ticarət dövriyyəsinin həcmi iyun ayı ilə müqayisədə 6,4% azalaraq 19,48 milyard dollar təşkil edib. Rusiyadan idxal aylıq olaraq 18,3% azalaraq 9,2 milyard dollar olub.
Rusiya və Çin arasında ticarət Rusiya Federasiyasından Çinə gətirilən malların maya dəyərinin əsas hissəsini neft, təbii qaz və kömürün payına düşür. Digər əsas idxala mis və mis filizi, ağac, yanacaq və dəniz məhsulları da daxildir.
Çin Rusiyaya geniş çeşiddə məhsullar ixrac edir ki, bunun da əhəmiyyətli hissəsini smartfonlar, sənaye və ixtisaslaşdırılmış avadanlıqlar, oyuncaqlar, ayaqqabılar, nəqliyyat vasitələri, kondisionerlər və kompüterlər təşkil edir.
Rusiya Federasiyası ilə Çin arasında ticarət dövriyyəsi 2021-ci ildə 35,8% artaraq 146,88 milyard dollara, 2022-ci ildə isə 29,3% artaraq 190 milyard dollara çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)









.jpg)



