“Qızlara ağ yaraşır” çağırışına cavab verib ağ cüdoqi geyinən qızların sayı 900 oldu!
“Azercell Telekom” MMC-nin Azərbaycan Cüdo Federasiyası ilə birgə əməkdaşlıqda başlatdığı “Qızlara ağ yaraşır” sosial kampaniyası hədəfinə çatmaq üzrədir(®) “Azercell Telekom” və Azərbaycan Cüdo Federasiyasının birgə əməkdaşlıqda həyata keçirdiyi sosial aksiyaya qoşulan qızların sayı günbəgün artır. İdmanın, mübarizliyin və özünə inamın təbliğatına yönələn “Qızlara ağ yaraşır” kampaniyası çərçivəsində Azərbaycanın bir çox bölgələrindən 900 nəfər qız cüdo idman növünə yazılıb və artıq mütəmadi məşqlərdə iştirak edir.
Xatırladaq ki, kampaniya 7-14 yaş aralığında qızları əhatə edir. Fiziki və mənəvi sağlam olmaq, gələcəyə əmin addımlarla irəliləmək, cüdo ilə məşğul olaraq beynəlxalq idman arenalarında ölkəmizi təmsil etməyə həvəsləndirmək üçün ilk 1000 qız tələbəyə cüdoqi və 1 ay pulsuz məşq hədiyyə olunur.
Qızları Cüdo Federasiyası məktəbləri və bölmələri olan bölgələrdə qeydiyyatdan keçirməklə cüdoçular sırasına yazdırmaq mümkündür. Ətraflı məlumat üçün (+994 50) 226 28 34, (+994 50) 226 28 35 nömrələrinə zəng və ya https://qizlaraagyarasir.az/ veb-saytına müraciət etmək olar.
İstəyirik, qızlarımız cüdoqi geyinsin, çünki qızlara ağ yaraşır!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 53 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
1 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
2 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Dövlət bankının kredit portfelində azalma
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI
























