Azərbaycan nümayəndə heyəti Türkiyə Respublikasında səfərdədir
Türkiyədə keçirilən görüşlərdə iqtisadi əlaqələrin genişləndirilməsinə xidmət edən birgə təşəbbüslər, eləcə də ticarət tərəfdaşlığının perspektivləri barədə müzakirələr aparılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyənin ticarət naziri Ömer Bolat arasında görüş keçirilib. Görüşdə nazir Mikayıl Cabbarov bildirib ki, Azərbaycan və Türkiyə arasında qardaşlıq və müttəfiqlik əlaqələri iqtisadi sahədə də əməkdaşlığı, birgə təşəbbüslərin reallaşdırılmasını sürətləndirir. Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və iki ölkə arasında Preferensial Ticarət Sazişi və bu Sazişə dəyişiklik haqqında Protokol iqtisadi-ticarət əməkdaşlığımızın gücləndirilməsinə əlavə stimul verir. Qardaş ölkələr arasında uğurlu investisiya tərəfdaşlığı həyata keçirilir, ticarət dövriyyəsi artır. Vurğulanıb ki, Azərbaycan və Türkiyənin iştirakı ilə həyata keçirilən genişmiqyaslı layihələr regional əməkdaşlığı şaxələndirməklə yanaşı, bölgənin mənzərəsini dəyişir. Görüşdə Mikayıl Cabbarov Azərbaycan iqtisadiyyatı barədə məlumat verib, Türkiyə ilə iqtisadi əlaqələrin möhkəmləndirilməsi barədə fikirlərini bölüşüb.
Ömer Bolat ortaq dəyərlərə malik olan ölkələrimizin dostluq və qardaşlıq münasibətlərini, strateji tərəfdaşlığını vurğulayıb, Azərbaycan-Türkiyə işgüzar dairələri arasında dialoqun gücləndirilməsi istiqamətləri barədə fikirlərini bildirib, iqtisadi potensialımızın tam həcmdə reallaşdırılmasının önəmini diqqətə çatdırıb.
Görüşdə iqtisadi əlaqələrin genişləndirilməsinə xidmət edən birgə təşəbbüslər, nəqliyyat, müasir standartlaşdırma və texniki tənzimləmə sistemi sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Türkiyə Respublikası Prezidentinin Maliyyə Ofisinin rəhbəri Göksel Aşanla keçirilən görüşdə Azərbaycan-Türkiyə birliyinin iqtisadi tərəfdaşlığın inkişafında əhəmiyyəti vurğulanıb, qarşılıqlı sərmayələrin təşviqi və sahibkarlığa dəstək sahəsində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
Diqqətə çatdırılıb ki, Azərbaycan-Türkiyə iqtisadi-ticarət əməkdaşlığı uğurla inkişaf edir, hər iki ölkənin iştirakı ilə enerji və nəqliyyat sahəsində qlobal və regional əhəmiyyətli layihələr reallaşdırılır. İqtisadi, ticarət, maliyyə, sığorta, nəqliyyat və enerji sahələrində əməkdaşlığımız Azərbaycan və Türkiyə iqtisadiyyatının diversifikasiyasına töhfə verir.
Qeyd edilib ki, biznes dairələrinin birgə fəaliyyəti və sıx əməkdaşlığı Azərbaycan-Türkiyə münasibətlərinin daha da dərinləşməsini və ölkələrimiz arasında ticarət dövriyyəsinin, investisiya qoyuluşunun artmasını stimullaşdıracaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)








.jpg)








