Qlobal birjalarda son vəziyyət
Ötən həftənin çərşənbə günü Avrozonada və İngiltərədə proqnozların çox altında açıqlanan inflyasiya göstəriciləri fonunda avro və funt-sterling dollar qarşısında müvafiq olaraq 1.11$ və 1.28$ hədlərinə ucuzlaşdı.
Bu həftə mərkəzi bankların iclasları ilə əlamətdar olacaq. Belə ki, Federal Ehtiyyatlar Sistemi və Avropa Mərkəzi Bankı (AMB) faiz dərəcələrini artırmağa hazırlaşarkən, Yaponiya Mərkəzi Bankının (BoJ) heç bir dəyişiklik etməyəcəyi proqnozlaşdırılır. ABŞ fond bazarlarında ralli dönüş nöqtəsi ilə üz-üzədir. Neft tədarük proqnozu ilə bağlı narahatlıqlar fonunda öz qazanclarını artırmağa hazır görünür.
Çərşənbə günü FED-in faizləri artıracağına əmin olan investorların diqqəti bunun sərtləşdirmə dövründə son faiz artımı olub-olmayacağına yönələcək.
Qeyd edək ki, FED, yüksələn inflyasiya ilə mübarizə aparmaq üçün son 40 ildən çox müddətdə ən sürətli sərtləşdirmə dövrünə başladığı 2022-ci ilin mart ayından etibarən uçot dərəcələrini 500 baza bəndi artırdıqdan sonra ötən ay faiz artımını dayandırmışdı.
Bazar içtirakçıları həmçinin Amerikada, Avrozonada, İngiltərədə sənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndekslərini, Almaniyada inflyasiyaya, Amerikada daşınmaz əmlak və tikinti sektorlarına dair göstəriciləri, eləcə də şəxsi xəclərə dair statistik rəqəmləri yaxından izləyəcəklər.
Ötən həftəni 101.0 bənd səviyyəsində başa vuran DXY-da “ayılar” qiymətləri 100 bənd səviyyəsindəki psixoloji dəstək həddinin altına qaytara və orada saxlaya bilsələr, eniş tendensiyası davam edə bilər.
EUR
Ötən həftəni 1.11$ həddinin üzərində tamamlayan EUR/USD məzənnəsində qiymətlər bu səviyyənin üzərində qaldığı müddətcə, artım tendensiyası davam edə bilər. Bu həftə Avropa Mərkəzi Bankının faiz qərarı, xüsusilə də bank sədri Kristin Laqardın monetar siyasətin gələcəyinə dair səsləndirəcəyi fikirlər avronun dollar qarşısında qiymətlərinə ciddi təsir edə bilər.
GBP
Dollar qarşısında ötən həftə 1.2180 hədlərində müqavimətlə qarşılaşaraq 1.2850 hədlərinə kimi ucuzlaşan GBP/USD məzənnəsində qiymətlərin necə dəyişəcəyi ilə bağlı suallara aydınlıq gətirmək üçün bu həftə investorlar İngiltərədə dərc olunacaq sənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndekslərinə dair statistik rəqəmləri diqqət mərkəzində saxlayacaqlar.
JPY
Cümə günü Yaponiya Mərkəzi Bankının (BoJ)-nin pul-kredit siyasəti qərarı, bank üzvlərinin artan qiymət təzyiqləri qarşısında ultra geniş monetar mövqelərini yenidən qiymətləndirəcəkləri ilə bağlı davam edən spekulyasiyalar fonunda maraqla gözlənilir.
Cümə günü açıqlanan məlumatlar göstərdi ki, Yaponiyada baza inflyasiyası 15-ci ay ardıcıl olaraq iyun ayında mərkəzi bankın 2%-lik hədəfinin üzərində qalıb. Lakin baza inflyasiya geriləyib.
Analitiklər hesab edirlər ki, bu məlumatlar mərkəzi bankın tezliklə əsas monetar stimullaşdırıcı tədbirləri dayandırmağa başlaması üçün təzyiqi azalda bilər. Eyni zamanda bu inflyasiya göstəriciləri BOJ-nin cari ildə inflyasiya proqnozunu artırması ehtimalını qüvvətləndirir.
Məlumat "İnvest-AZ İnvestisiya Şirkəti"nin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 22 d. əvvəl
-
-
49 d. əvvəl
"Gələn ayın əvvəlində yeni yataqdan qaz hasilatına başlanılması ilə bağlı məlumat verəcəyik"
- 51 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycana 4 ayda təxminən 100 milyon dollarlıq buğda idxal olunub -10 FAİZ ARTIB
- 1 saat əvvəl
-
1 saat əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana geyim əşyalarının idxalı azalıb
Rəsmi məzənnələr açıqlandı
"Uzunluğu 75 kilometr olan tunellərin 70 kilometri artıq istifadəyə verilib, 500 körpüdən 435-i artıq tikilib" - MÜSAHİBƏ
Ən çox oxunanlar
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Kərə yağı idxalı azalıb, bitki yağlarının idxalı isə artıb
Süd və qaymaq idxalı 54,9% artıb
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 25 GÜN
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik



















.jpg)




