Tailand-Azərbaycan birgə şirkəti dərmanlar istehsal edəcək - 8,3 MİLYONA ZAVOD İNŞA EDİLƏCƏK, 56 İŞ YERİ AÇILACAQ
Pirallahı Sənaye Parkının yeni qeydiyyata alınmış rezidenti tərəfindən 8,3 milyon manat investisiyanın yatırılması ilə 56 nəfər daimi işlə təmin ediləcək.İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Pirallahı Sənaye Parkında yeni rezident - "Supreme Pharmatech Azerbaijan" MMC qeydiyyata alınıb, bununla da Sənaye Parkının rezidentlərinin sayı 6-ya çatıb.
Bu barədə Marja-ya İZİA-dan bildirilib.
Tailand-Azərbaycan birgə şirkəti olan "Supreme Pharmatech Azerbaijan" MMC tərəfindən Sənaye Parkının 2,5 hektar ərazisində bioloji aktiv qida əlavələrinin və dərman vasitələrinin istehsalını həyata keçirəcək müəssisə inşa ediləcək.
İnvestisiya həcmi 8,3 milyon manat təşkil edən müəssisədə 56 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.
Müəssisəsədə istehsal olunan məhsulların daxili bazara satılması ilə yanaşı, “Made In Azerbaijan” brendi altında ixracı da planlaşdırılır.
"Supreme Pharmatech Azerbaijan" MMC 1000 manat nizamnamə kapitalı ilə 202-ci ilin iyul ayında dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Hüseynli Emin Müşfiq oğludur. MMC-nin hüquai ünvanı Bakı şəhəri Səbail rayonu, Əhməd Cavad ev 3, m2-dir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
11 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
12 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
12 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 13 saat əvvəl
-
13 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
Ən çox oxunanlar
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir





















