Milli Məclis 36,6 milyard manatlıq büdcəni bəyənib
Milli Məclis 2023-cü il dövlət büdcəsi haqqında qanuna dəyişiklik layihəsini qəbul edib
16 iyun 2023-cü il tarixində “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi III oxunuşda Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən səsə qoyularaq bəyənilib.
Qəbul edilmiş qanuna əsasən, dövlət büdcəsinin gəlirləri təsdiq olunmuş 30 milyard 774,0 milyon manata qarşı 3 milyard 116,5 milyon manat və ya 10,1 faiz artırılaraq 33 milyard 890,5 milyon manat təşkil edəcək.
Dövlət büdcəsinin təsdiq olunmuş 33 milyard 353,3 milyon manat məbləğində xərcləri 3 milyard 271,5 milyon manat və ya 9,8 faiz artırılaraq 36 milyard 624,8 milyon manata çatdırılacaq.
Dövlət büdcəsinin kəsiri təsdiq olunmuş 2 milyard 579,3 milyon manata qarşı 155 milyon manat və ya 6,0 faiz artırılaraq 2 milyard 734,3 milyon manat olacaq. Kəsirin cari ilin sonuna gözlənilən ümumi daxili məhsula nisbəti 2,5 faiz həcmində olacaq.
Yenidən baxılmış 2023-cü il icmal büdcənin gəlirləri isə 43 milyard 60,1 milyon manat proqnozlaşdırılır və bu təsdiq olunmuş göstəriciyə nisbətən 10 milyard 34,4 milyon manat və ya 30,4 faiz çoxdur. İcmal büdcənin xərcləri isə 41 milyard 269,9 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3 milyard 300,5 milyon manat və ya 8,7 faiz çoxdur. İcmal büdcə 4 milyard 943,6 milyon manat kəsirlə proqnozlaşdırılsa da, 6 milyard 733,9 milyon manat əlavə gəlirlər hesabına 1 milyard 790,3 milyon manat profisit yaranacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
30 d. əvvəl
Natura meyvə şirələri daha bir sosial layihənin iştirakçısı oldu
-
13 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Natura meyvə şirələri daha bir sosial layihənin iştirakçısı oldu
Tramp: Netanyahu mən nə istəsəm, onu edəcək
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır













.jpg)






