Yaponiya Mərkəzi Bankı faiz dərəcələrini ultra aşağı səviyyələrdə saxladı
Yaponiya Mərkəzi Bankı (BoJ) bugünkü iclasında, gözləniləndən daha güclü inflyasiyaya baxmayaraq, kövrək iqtisadi bərpanı dəstəkləməyə davam etmək üçün faiz dərəcələrini çox aşağı səviyyələrdə saxlayıb.Yaponiya Mərkəzi Bankı (BOJ) kövrək iqtisadi bərpanı dəstəkləmək üçün ultra aşağı faiz dərəcələrini dəyişməz saxlayıb.
Marja xəbər verir ki, BOJ cümə günü sona çatan iki günlük iclasında gözlənildiyi kimi qısamüddətli faiz dərəcəsi hədəfini (bençmark faiz dərəcəsini ) mənfi 0,1 faiz, 10 illik istiqraz gəlirləri üçün isə 0 faiz ətrafında saxlayıb. Bank 10 illik dövlət istiqrazlarının 0.5% -dən mənfi 0.5% aralığında ticarətinə icazə verməyə davam edəcəyinə işarə edib.
BOJ, 2023-cü maliyyə ilinin ortalarına doğru "mülayim" bir yaxşılaşma gözləyir, Yaponiya iqtisadiyyatınının bir qədər güclənəcəyini proqnozlaşdırır. Bank iqtisadiyyatın "potensial artım sürətindən yüksək" bir sürətlə böyüyəcəyini qeyd edib.
Bununla belə, bank Yaponiya iqtisadiyyatı üçün qeyri-müəyyənliyin davam edəcəyi, xüsusən də qlobal artımın yavaşlaması və əmtəə qiymətlərində davam edən dəyişkənlik barədə xəbərdarlıq edib.
Təxminən iki aydır mərkəzi banka rəhbərlik edən Ueda da dərhal sərtləşdirmə siyasətinə başlamaq niyyətində olmadığını bildirmişdi. Lakin o, xəbərdarlıq edib ki, BOJ, xüsusilə inflyasiya daha da yüksələrsə yaxın gələcəkdə faizlər artırıla bilər.
Yaponiyada inflyasiya son iki ayda bir qədər aşağı düşüb, buna əsasən hökumətin elektrik enerjisi qiymətlərinə verdiyi subsidiyalar kömək edib. Lakin hələ də BOJ-nin 2% illik hədəfindən xeyli yuxarıdadır. Bank bu ilin sonunda inflyasiyanın yenidən canlanacağını proqnozlaşdırır.
BOJ-un qərarı, inflyasiyanın qarşısını almaq üçün dərəcələri kəskin şəkildə artıran əsas qlobal mərkəzi banklardan fərqlənir. Bu yaxınlarda Federal Ehtiyat Sistemi (FED) bu il ən azı iki dəfə faiz artıra biləcəyinə işarə edib, Avropa Mərkəzi Bankı isə Cümə axşamı günü dərəcələri artırıb və gələcək artımlara işarə edib.
Bu tendensiya cümə günü dollara nisbətən yeddi ayın ən aşağı səviyyələrində ticarət edilən yenə ağır təsir göstərir. Lakin bu, Yaponiya səhmlərində böyük bir artıma səbəb olur. Yaponiyadakı yumşaq pul şərtləri digər ölkələrdə yüksək dərəcələrdən qaçan böyük miqdarda xarici kapitalı cəlb etdiyi üçün səhmlərin qiymətləri 33 ilin ən yüksək səviyyəsinə çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 29 d. əvvəl
-
- 35 d. əvvəl
- 44 d. əvvəl
-
1 saat əvvəl
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
- 1 saat əvvəl
- 12 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
15 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
15 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
Azər Bayramov iqtisadiyyat nazirinin müavini təyin edilib
Ən çox oxunanlar
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
Xalq Bank 2025-ci ilin yekunlarını açıqladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb























