Türkiyədə işsizlik səviyyəsi və cari kəsir artıb
Türkiyə Statistika Komitəsinin (TÜİK) məlumatına görə, aprel ayında ölkədə işsizlik nisbəti 0,1 faiz bəndi artaraq 10,2% olub. Mart ayı məlumatları 10%-dən 10,1%-ə dəyişdirilib.
Marja xəbər verir ki, 2023-cü ilin aprel ayında 15 və daha yuxarı yaşda olan işsizlərin sayı əvvəlki ayla müqayisədə 74 min nəfər artaraq 3 milyon 585 min nəfərə çatıb. İşsizlik nisbəti isə 0,1 faiz bəndi artaraq 10,2% olub. İşsizlik nisbəti kişilər üzrə 8,1% ikən, qadınlar üzrə 14,3% olub.
Cari kəsir artıb
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı aprel ayında Türkiyənin aylıq cari əməliyyatlar hesabı kəsirinin 5,40 milyard dollar olduğunu açıqlayıb. Belə ki, Türkiyə iqtisadiyyatı 18 ay ardıcıl olaraq aylıq cari kəsir ilə üzləşib.
Aprel ayında illik cari kəsir (ötən ilin eyni dövrü ilə müqayisədə) 57,8 milyard dollara yüksəlib ki, bu da son 11 ilin ən yüksək göstəricisidir.
Bu gün Dollar/Türk Lirəsi məzənnəsi 23,65 səviyyəsinə yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 29 d. əvvəl
-
- 35 d. əvvəl
- 44 d. əvvəl
-
1 saat əvvəl
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
- 1 saat əvvəl
- 12 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
15 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
15 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
Azər Bayramov iqtisadiyyat nazirinin müavini təyin edilib
Ən çox oxunanlar
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
Xalq Bank 2025-ci ilin yekunlarını açıqladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb




















