AZAL və THY əməkdaşlıq imkanlarını müzakirə ediblər
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) I vitse-prezidenti Samir Rzayev “Türk Hava Yolları” (THY) şirkətinin İdarə Heyətinin və İcraiyyə Komitəsinin sədri Ahmet Bolatla görüşərək onunla əməkdaşlığın möhkəmləndirilməsini, iki ölkə hava əlaqələrinin daha da inkişaf etdirilməsini müzakirə edib.
Bu barədə AZAL-dan bildirilib.
Məlumata görə, görüş İstanbulda keçirilən Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) 79-cu İllik Ümumi İclası çərçivəsində baş tutub.
Görüş zamanı Azərbaycan və Türkiyənin milli aviadaşıyıcıları arasında əməkdaşlıq, həmçinin iki qardaş ölkə arasında marşrut şəbəkəsinin genişləndirilməsi imkanları müzakirə olunub.
S.Rzayevin sözlərinə görə, Türkiyə Azərbaycanın aviasiya sektorunda əsas tərəfdaşlardan biridir və aviaşirkətlər arasında əməkdaşlıq hər iki dövlət üçün böyük əhəmiyyət kəsb edir.
A.Bolat öz növbəsində uğurlu tərəfdaşlığın Azərbaycanla Türkiyə arasında turizm, iqtisadi və mədəni əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Hər iki tərəf əməkdaşlıq əlaqələrini daha da gücləndirməyə və mülki aviasiya sahəsində layihələrin birgə inkişafına, o cümlədən təcrübə mübadiləsinə hazır olduğunu təsdiqləyib.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb






.jpg)








.jpg)


