Bank Respublika Visa ilə birgə yeni “Mobil POS” xidmətini təqdim etdi!

(®) Ölkəmizdə nağdsız ödənişlərin artırılmasına, həmçinin rəqəmsal bank xidmətlərinin inkişafına böyük önəm verən Bank Respublika, Visa şirkəti və birgə Visa Tap to Phone texnologiyası əsasında çalışan yeni “Mobil POS” xidmətini təqdim etdi.
Visa Tap to Phone – kontaktsız ödənişləri qəbul etmək üçün Android bazasında işləyən və NFC çipləri ilə təhciz olunan müasir smartfonları və planşetləri ödəniş terminalına çevirən texnologiyadır.
İndi istənilən biznes sahibi rəqəmsal iqtisadiyyata qoşula biləcək – bunun üçün sadəcə tapXphone əlavəsini yükləmək kifayətdir. Günümüzdə daha çox alıcının təmassız ödənişlərə və istənilən məkanda ödəniş etmə imkanına üstünlük verdiyini nəzərə alsaq, Tap to Phone texnologiyası əsasında olan “Mobil POS” innovativ həlli mikro və kiçik biznes üçün yeni, daha geniş imkanlar açır.
Bunun üçün əlavə avadanlığa heç bir xərc çəkmədən smartfonda müvafiq tətbiqi yükləyərək qeydiyyatdan keçmək və istifadəçiyə dair məlumatları qeyd etmək kifayətdir. Tətbiq üzərindən tam təhlükəsiz qaydada həm fiziki bank kartı ilə, həm də ki, Apple və Google Pay ilə müxtəlif növ təmassız ödənişləri qəbul etmək mümkün olacaq.
Qeyd edək ki, “Bank Respublika”nın “Mobil POS” xidmətinə ilk 3 ay ərzində qoşulan vergi ödəyiciləri Visa Business Plus kartını tamamilə pulsuz əldə edə biləcəklər.
“Mobil POS” xidmətinin digər üstünlükləri:
Qoşulma və tətbiqdən istifadə tamamilə pulsuzdur
Dövriyyə üzrə ödənilən komisyon haqqı ənənəvi POS-terminal xidməti ilə eynidir
Elektron çekin SMS və email ilə alıcıya göndərilməsi və ya QR-kod ilə oxunması imkanı
Partnyor Web Portalı üzərindən əməliyyatların online izlənməsi və statistik məlumatın əldə edilməsi imkanı
Tam təhlükəsizdir – tətbiq, ödəniş sistemlərinin təhlükəsizlik tələblərinə tam cavab verir
Xidmətə qoşulmaq üçün bankın rəsmi web saytında müraciət yerləşdirmək, Bankın istənilən filialına müraciət etmək və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əlaqə saxlamaq kifayətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 7 d. əvvəl
-
-
10 d. əvvəl
“Birkart BOKT” MMC adı dəyişdirilərək “Bir Kredit BOKT” MMC olub
-
31 d. əvvəl
110 000 km-dən çox sürülmüş BYD - ÖZÜNÜ NECƏ GÖSTƏRİR? - VİDEO
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
12 saat əvvəl
“Bakcell” “İnnovasiyalar və süni intellekt” konfransının əsas tərəfdaşı oldu
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

“Laçın” qızıl və gümüş sikkə kolleksiyası təqdim edildi

“Birkart BOKT” MMC adı dəyişdirilərək “Bir Kredit BOKT” MMC olub

110 000 km-dən çox sürülmüş BYD - ÖZÜNÜ NECƏ GÖSTƏRİR? - VİDEO

OPEC+ gündəlik neft hasilatını 137 min barel artıracaq

Qızıl daha da bahalaşdı, qiyməti 4 min dollara yaxınlaşdı

Mərkəzi Bank: Sığorta sektorunun mənfəətliliyi azalıb

Hazırda Bakıda qiyməti orta səviyyədə olan bir ev almaq üçün 18,1 ilin maaşını cəmləyib ödəmək lazımdır

Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı

Bakı Fond Birjasının dövriyyəsi 37,5% artıb

BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb
