Bu il əhalinin banklara cəmi borcu 532 milyon manat artıb
Əhalinin banklara kredit borcu 9 milyard manat, biznesin borcu isə 11 milyard manat həddini də keçib
Bank sektorunun kredit portfeli (müştərilərə verilmiş cəmi kreditlər) 2023-cü ilin yanvarında 75 milyon manat, fevralında 88 milyon manat, martında 281 milyon manat artdıqdan sonra, aprel ayında 341 milyon manat artıb.
Marja.az Mərkəzi Bankın aylıq statistikasına istinadən xəbər verir ki, martın sonunda bank sektorunun kredit portfeli 20 milyard 39 milyon manat ikən, aprelin sonunda 20 milyard 380 milyon manata çatıb.
O cümlədən, apreldə biznes kreditləri 136 milyon manat artaraq 11 milyard 108 milyon manata, istehlak kreditləri 130 milyon manat artaraq 6 milyard 72 milyon manata, ipoteka kreditləri isə 75 milyon manat artaraq 3 milyard 199 milyon manata yüksəlib.
2023-cü ilin ilk 4 ayında (yanvar-aprel) biznes kreditləri 252 milyon manat, istehlak kreditləri 318 milyon manat, ipoteka kreditləri isə 214 milyon manat artıb. İlk 4 ayda cəmi kredilər 785 milyon manat artıb.
İstehlak kreditləri və ipoteka kreditləri portfeli (cəmi 9 milyard 271 milyon manat) əhalinin banklara olan qalıq borcudur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 6 d. əvvəl
-
-
9 d. əvvəl
“Birkart BOKT” MMC adı dəyişdirilərək “Bir Kredit BOKT” MMC olub
-
30 d. əvvəl
110 000 km-dən çox sürülmüş BYD - ÖZÜNÜ NECƏ GÖSTƏRİR? - VİDEO
- 48 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
12 saat əvvəl
“Bakcell” “İnnovasiyalar və süni intellekt” konfransının əsas tərəfdaşı oldu
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

“Laçın” qızıl və gümüş sikkə kolleksiyası təqdim edildi

“Birkart BOKT” MMC adı dəyişdirilərək “Bir Kredit BOKT” MMC olub

110 000 km-dən çox sürülmüş BYD - ÖZÜNÜ NECƏ GÖSTƏRİR? - VİDEO

OPEC+ gündəlik neft hasilatını 137 min barel artıracaq

Qızıl daha da bahalaşdı, qiyməti 4 min dollara yaxınlaşdı

Mərkəzi Bank: Sığorta sektorunun mənfəətliliyi azalıb

Hazırda Bakıda qiyməti orta səviyyədə olan bir ev almaq üçün 18,1 ilin maaşını cəmləyib ödəmək lazımdır

Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı

Bakı Fond Birjasının dövriyyəsi 37,5% artıb

BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb
