ABB-dən sahibkarlar üçün onlayn kredit
(®) Sahibkarların etibarlı tərəfdaşı olan ABB maliyyə xidmətlərini onlar üçün daha da rahat və əlçatan etməkdən ötrü yeni həll təqdim edib. İndi fərdi sahibkarlar da kreditlərini ABB-dən onlayn qaydada sifariş verib ala bilərlər.
Dövriyyəni bank hesabları üzərindən həyata keçirən hər bir fərdi sahibkar bu imkandan faydalanaraq Bankın “Tərəfdaşlara Anında Dəstək” krediti məhsulunu onlayn sifariş verə bilər. Bunun üçün Bankın cari müştərisi sadəcə İnternet Bankçılıq sisteminə daxil olub sifarişini verir, yeni müştəri isə “Müştəri ol” prosesindən keçdikdən sonra sifariş edir. Beləliklə, Banka gəlmədən maksimum 2 gün ərzində sərfəli şərtlərlə krediti əldə edir.
ABB-nin bu təklifi fərdi sahibkarlara bir çox üstünlüklər yaradır:
-Müraciətlər asan şəkildə Banka göndərilir;
-Sifarişlər operativ şəkildə təhlil edilir;
-Sənədləşmə elektron qaydada aparılır;
-Rəsmiləşdirmə prosedurları çox sadədir, müştəri minimum sayda sənəd təqdim edir.
18 avqusta qədər davam edəcək kampaniya müddətində onlayn kredit müraciəti edən fərdi sahibkarlar krediti cəmi 13 faizlə əldə edirlər. Üstəlik onlardan xidmət haqqı da tutulmur.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 13 saat sonra
-
6 saat əvvəl
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb
-
-
7 saat əvvəl
"PAŞA Bank"ın səhmlərin ticarətə buraxılması üçün qərar verildi
-
8 saat əvvəl
Azərbaycanda Amerika Ticarət Palatasında icraçı direktor vəzifəsinə yeni təyinat
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Microsoft-dan 150 min dollar "Azure Credits" cəlb edən ilk Azərbaycan Aİ-startapı
- 9 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb
"PAŞA Bank"ın səhmlərin ticarətə buraxılması üçün qərar verildi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AccessBank-dan “Gül kimi” təklif
"PAŞA Bank"ın səhmdarlarının pay bölgüsü dəyişə bilər
Ən çox oxunanlar
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırılıb
Ödəniş təşkilatının vəzifəli şəxsini cərimələnib
Azərbaycan Banklar Assosiasiyasının nümayəndə heyəti Pekində - Strateji tərəfdaşlıq məsələlərini müzakirə edib
Minatəmizləmə zamanı həlak olanların ailə üzvlərinin vergi tutulmalı olan aylıq gəlirləri 400 manat azaldılacaq
Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək
“Premium Bank”da yeni təyinat





















