"Banklardan kredit, kart, adımıza gələn pulu ala bilmirik"- ŞİKAYƏT

1-ci qrup gözdən əlil vətəndaş Fariz Hüseynov iddia edir ki, bankar və bank olmayan kredit təşkilatları 1-ci qrup gözdən əlillərə qarşı ayrı-seçkilik edirlər.
O Marja.az-a müraciətində bildirib ki, istehlak krediti və debet kartı əldə edə bilmirlər:
"Bankların bizə mənfi münasibəti var - kredit, kart, hətta pensiya kartını özümüz ala bilmirik. "Bankların daxili qaydalarıdır", "Rəhbərliyin qərarıdır" və ya "Mərkəzi Bank tapşırıb" cavabları ilə bizə xidmət göstərməkdən imtina edirlər. Mərkəzi Bankdan soruşuruq, onlar belə bir tapşırıq verilmədiyini bildirir. Pensiya kartımız, hətta bəzilərimizin rəsmi iş yeri olduğu halda, banklar bizə kredit vermir. Müalicə masaj üzrə işləyən 1-ci qrup gözdən əlil tanıyıram, bank ona da kredit vermir.
Mən 570 manat pensiya alıram. Eyni zamanda, 18 yaşına çatmamış, sağlamlıq imkanı məhdud olan qızıma görə dövlətin ödədiyi 300 manat da mənim kartıma köçürülür. Dövlət hər ay bizə 870 manat ödəyir. Bu məbləğdə dövlətdən pensiya almağımıza baxmayaraq bank kredit ayırmır. Çox qəribədir: banklar 220 manat sosial yardım alan 2-ci qrup və 3-cü qrup gözdən əlillərə kredit verir, 870 manat pensiya alan 1-ci qrup gözdən əlilə vermir. Türkiyədə belə məhdudiyyət yoxdur, gözdən əlillər hətta ipoteka krediti ala bilirlər.
O gün eşitdim ki, banklardan biri 1-ci qrup gözdən əlilə zamin ilə kredit verir. Zamin olan şəxs kredit götürən qədər məsuliyyət daşıyır. Əgər zamin tapa bilirəmsə, niyə əlavə əziyyət çəkirəm, zamin öz adına mənim üçün kredit götürər.
Adi elektronika mağazalarından hissə-hissə ödənişlə məhsul da ala bilmirik.
Debet kartını onlayn sifariş edirik, hazır olduqda gedib götürəkən kartı vermirlər.
Adımıza pul gəlir gedib onu ala bilmirik. Hər bir gözdən əlilin möhürü var. Banklar bu möhürümüzü də tanımır. Bildirirlər ki, 1-ci qrup gözdən əlil digər şəxsə etibarnamə verməlidir. Etibarnamə verməkdə də çox çətinlik çəkirik. Asan Xidmət mərkəzində etibarnamə verən zaman tələb edirlər ki, 3-cü bir şahid lazımdır. Etibarnamə verəmək üçün 2-ci şəxsi zülüm ilə tapırıq, 3-cü şəxsi necə tapaq?! Üstəlik rüsum da ödəyirik. Qısası bizə qarşı ayrı-seçkilik var".
"HANSI BANK İMTİNA ETSƏ, MƏRKƏZİ BANKA MÜRACİƏT EDİLSİN"
Fariz Hüseynovun iddiaları ilə Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət etdik. Mərkəzi Bankdan sorğumuza cavab olaraq bildirildi ki, əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır:
"Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin 6-cı maddəsinə əsasən sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 4.2-ci maddəsinə əsasən əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir.
Belə halla rastlaşan əlilliyi olan şəxslərin banka rəsmi qaydada müraciət etməsi, müraciətə imtina edilərsə bankın cavabı ilə birlikdə Mərkəzi Banka müraciət etməsi tövsiyə olunur".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 7 d. əvvəl
-
-
10 d. əvvəl
“Birkart BOKT” MMC adı dəyişdirilərək “Bir Kredit BOKT” MMC olub
-
31 d. əvvəl
110 000 km-dən çox sürülmüş BYD - ÖZÜNÜ NECƏ GÖSTƏRİR? - VİDEO
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
12 saat əvvəl
“Bakcell” “İnnovasiyalar və süni intellekt” konfransının əsas tərəfdaşı oldu
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

“Laçın” qızıl və gümüş sikkə kolleksiyası təqdim edildi

“Birkart BOKT” MMC adı dəyişdirilərək “Bir Kredit BOKT” MMC olub

110 000 km-dən çox sürülmüş BYD - ÖZÜNÜ NECƏ GÖSTƏRİR? - VİDEO

OPEC+ gündəlik neft hasilatını 137 min barel artıracaq

Qızıl daha da bahalaşdı, qiyməti 4 min dollara yaxınlaşdı

Mərkəzi Bank: Sığorta sektorunun mənfəətliliyi azalıb

Hazırda Bakıda qiyməti orta səviyyədə olan bir ev almaq üçün 18,1 ilin maaşını cəmləyib ödəmək lazımdır

Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı

Bakı Fond Birjasının dövriyyəsi 37,5% artıb

BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb
