Gəncə şəhərində sənayenin vəziyyəti açıqlanıb
2023-cü il yanvar-mart aylarında Gəncə şəhərində sənayenin vəziyyəti haqqında məlumatlar açıqlanıb.
Gəncə Şəhər Statistika İdarəsinin yaydığı məlumata görə, 2023-cü ilin yanvar-mart aylarında Gəncə şəhərində fəaliyyət göstərən sənaye müəssisələri və fiziki şəxslər tərəfindən faktiki qiymətlərlə 171,8 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Məhsulun və xidmətlərin 55,2 milyon manatı, yaxud 32,1 faizi dövlət sektorunun sənaye müəssisələri, 116,6 milyon manatı, yaxud 67,9 faizi qeyri-dövlət sektorunun sənaye müəssisələri və fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan təsərrüfat subyektləri (fiziki şəxslər) tərəfindən istehsal edilmişdir.
Sənayedə muzdla çalışan 6694 nəfər işçinin (dövlət sektorunda 4008 nəfər, qeyri-dövlət sektorunda 2686 nəfər) hər birinə verilən orta aylıq əməkhaqqı 684,1 manat təşkil etmişdir. Dövlət sektorunda işçilərin orta aylıq əməkhaqqı 647,2 manat, qeyri-dövlət sektorunda 739,1 manat təşkil etmişdir.
Emal sektorunun müəssisələri tərəfindən 116,1 milyon manatı, yaxud 77,5 faizi qeyri-dövlət sektoruna aid olmaqla 149,7 milyon manatlıq məhsul istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Bundan 39,0 milyon manat qida məhsulları istehsalı, 3,2 milyon manat içki, 63,6 milyon manat metallurgiya sənayesi məhsulları, 33,7 milyon manat avtomobil, qoşqu və yarımqoşquların istehsalı və 10,2 milyon manat digər məhsulların istehsalı təşkil etmişdir. Cari ilin yanvar-mart ayları ərzində 21,2 min ton un, 12,6 ton makaron, 36,9 min dekalitr araq, 32,9 min dekalitr şərab, 228 ədəd traktor, 145 ədəd MAZ yük avtomobili, 6485,4 ton emal edilməmiş alüminium ərintiləri (ilkin şəkildə), 37 ədəd taxılyığan kombaynlar və 1031 ədəd elektron, 50579 ədəd mexaniki su sayğacları istehsal edilmişdir.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunun müəssisələri tərəfindən 2023-cü il yanvar-mart ayları ərzində 16,0 milyon manatlıq, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda 5,7 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 30 d. əvvəl
-
1 saat əvvəl
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavini təyin edilib
-
- 3 saat əvvəl
-
6 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
6 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 6 saat əvvəl
-
6 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
8 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
“Bu gecə bir mədəniyyət yox olacaq”
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavini təyin edilib
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
Çin valyuta ehtiyatlarında 2,5% azalma
Ən çox oxunanlar
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb























